dgfdgfhgjhgjhjh.JPG

İyunun 1-də gecə saat 4 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.

Bu barədə Bərdə rayon prokurorluğundan Missiya.Az-a məlumat verilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

İlkin araşdırmalarla həmin gün saat 3 radələrində Alaçadırlı kəndində yaşayan Toğrul Zeynallının yaşadığı evdə qısqanclıq zəminində tüfəngdən atəş açmaqla anası Nəzirə Zeynalovanı, daha sonra yaşadıqları evdən təxminən 200 metr aralıda isə bacısı Əminə Zeynalovanı qəsdən öldürərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Toğrul Zeynallının tutularaq istintaqa cəlb olunması, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

dfdgfhfghgjgjgj.JPGb_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_sfdgfhfghgjghj.JPGxfdgfhgfvhgjgj.JPG

 



11 İyul 2020 Azərbaycanda beş milyonluq dövlət vəsaitini mənimsəyən mütəşəkkil dəstə ələ keçdi - VİDEO
10 İyul 2020 Baş Prokurorluq suda batan əsgərlə bağlı məlumat yaydı
10 İyul 2020 Azərbaycanda daha bir tibb işçisi koronavirusdan öldü - FOTO
10 İyul 2020 Azərbaycanda dəhşətli qətl: Qonşusunu bıçaqlayıb öldürdü
09 İyul 2020 Zərdab rayonunda üç nəfər Kürdə batıb
09 İyul 2020 “Bandotdel” bu nazirliyin əməkdaşlarını rüşvət alarkən SAXLADI
09 İyul 2020 Zaqatalada musiqiçi intihar edib
07 İyul 2020 Azərbaycanda bankın vəzifəli şəxsləri həbs edildi
07 İyul 2020 Bu yüksək vəzifəli şəxs vəfat etdi
07 İyul 2020 Azərbaycanda kafedra müdiri koronavirusdan öldü - FOTO
03 İyul 2020 Goranboyda ağır qəza: Bir nəfər öldü
03 İyul 2020 Bakıda 15 yaşlı oğlan hovuzda boğuldu
03 İyul 2020 17 yaşlı oğlan Kürdə batdı
03 İyul 2020 Azərbaycanda iki yaşlı uşağı kürəklə qətlə yetirdilər
02 İyul 2020 Kürdəmirdə avtomobil traktorla toqquşdu: Bir nəfər yaralandı
02 İyul 2020 Bakıda 29 yaşlı iş xanımı qəfil öldü - FOTO
01 İyul 2020 Azərbaycanda kişi qardaşını amansızlıqla qətlə yetirdi
01 İyul 2020 Azərbaycanda iş adamı yol qəzasında öldü
01 İyul 2020 Bakıda karantin qaydalarını pozan gənc özünü doğradı
01 İyul 2020 Bakıda taksi sürücüsü müştərini döyərək qarət etdi