b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_111unnamed.jpg

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb.

Missiya.Az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında  Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.

Keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili saxlanılıb. Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları - Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda araşdırmalar davam etdirilir.



22 May 2020 Azərbaycanda itkin düşən azyaşlının parçalanmış meyiti tapıldı
15 May 2020 Baş Prokurorluğa yeni şöbə rəisi təyin edildi
14 May 2020 Bakıda əməliyyat - Saxlanılanlar var
06 May 2020 Bakıda məşhur bankda əməliyyat - Həbs olunanlar var
05 May 2020 Bilasuvarda polislərə hücum edənlərlə bağlı qərar verildi - RƏSMİ
05 May 2020 SON DƏQİQƏ! Azərbaycanda bu Nazirliyin əməkdaşları saxlanıldı - SƏBƏB
04 May 2020 “Bandotdel” əməliyyat keçirdi - Nazirliyin sabiq əməkdaşı saxlanıldı
02 May 2020 DTX-dən daha bir əməliyyat: Bir nəfər həbs edildi
27 Aprel 2020 DTX-dan əməliyyat - Kasıb ailələrin ərzaq payını mənimsəyən vəzifəli şəxs tutuldu - RƏSMİ
27 Aprel 2020 Bakıda ər arvadını dini baxışlarına görə qətlə yetirdi - TƏFƏRRÜAT
21 Aprel 2020 Bakıda gizli şəkildə fəaliyyət göstərən “Mall” aşkarlandı
17 Aprel 2020 Azərbaycanda iş adamı məktub yazıb intihar etdi
16 Aprel 2020 8103-ə mesaj yazıb, futbol oynamağa getdilər
08 Aprel 2020 Polis əməliyyat keçirdi: Qızlar kafedən bölməyə gətirildi - FOTO
23 Mart 2020 Azərbaycanda DSK sədrinin polis işləyən oğlu bıçaqlandı
21 Mart 2020 Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi
06 Mart 2020 Elçiliyə gedən ailə qəzaya düşdü - 3 ölü, 3 yaralı
05 Mart 2020 Bakıda əməliyyat: 26 nəfər tutuldu
04 Mart 2020 Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ
03 Mart 2020 Bakıda dəhşətli qəzada maşın 3 hissəyə bölündü - ölənlər və yaralananlar var - VİDEO