b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vdddfdgfgfgfg.jpg

Xuliqanlıqda təqsirləndirilən Namiq Yahyayev, Dönməz Babayev və İlqar Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Missiya.Az xəbər verir ki, cinayət işi materialları baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 13-nə təyin edilib. 

Məlumata görə, bu il yanvarın 3-ü, saat 19:15-də Zığ şossesindəki 4 saylı binanın qarşısında bir neçə kişi dava edib. Polis əməkdaşları - 34 yaşlı kapitan Fərid Mahmudov və 23 yaşlı leytenant Hüseyn Məcidzadə xuliqanlıq əməlinin qarşısını almaq üçün davaya mane olmağa çalışıblar.
Lakin davada iştirak edənlərdən biri ülgüclə F. Mahmudovun üzərinə cumaraq onun boynuna və əlinə xəsarət yetirib. Buna baxmayaraq, davanın bütün iştirakçıları saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

Faktla bağlı davanın üç iştirakçısı saxlanılıb. Onlar əvvəllər oğurluq və bədənə yüngül xəsarət yetirməklə bağlı məhkumluq həyatı yaşamış 36 yaşlı Bakı şəhər sakini İlqar Hüseynov, AR CM-nin 177-ci (Oğurluq) və 185-ci (Avtomobil oğurluğu) maddələri ilə məhkum edilmiş Sabirabad rayonunun 23 yaşlı sakini Namiq Yəhyayev və Astara rayonunun 42 yaşlı sakini Dönməz Babayev olub.

Məlum olub ki, həddindən artıq spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş bu 3 şəxs birlikdə Füzuli rayonundan olan 37 yaşlı Afiq Əhmədovu döyüblər. Elə polis də həmin vaxt onların davasına müdaxilə edib. Polis kapitanı Mahmudova hücum edən şəxs isə Namiq Yəhyayev olub.

20 Sentyabr 2019 Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
19 Sentyabr 2019 Bakıda "Volkswagen Passat” Gülgünü belə vurub öldürdü - HADİSƏ ANI - VİDEO
13 Sentyabr 2019 Güllələnən hüquqşunas öldü - TƏFƏRRÜAT
12 Sentyabr 2019 “Leş Tofiq” və cinayətkar dəstəsi belə ələ keçdi - ANBAAN VİDEO
11 Sentyabr 2019 Bakıda adam oğurlayan dəstə tutuldu - Bir girov azad edildi
05 Sentyabr 2019 “Torqovı”dakı əxlaqsız qadınlarla bağlı polisdən yeni AÇIQLAMA
04 Sentyabr 2019 Bakıdan qonaq gələn bacı-qardaşını qanına qəltan etdi - TƏFƏRRÜAT
02 Sentyabr 2019 Bakı polisi fahişələrə qarşı - Naryad qrupları yaradıldı
30 Avqust 2019 Bakıda üç uşaq anası ilə eşq macərasının dəhşətli sonu
26 Avqust 2019 Qubada itkin düşən kişinin meyiti tapıldı
23 Avqust 2019 Bakıda "avtoşluq" edən sürücü belə ələ keçdi - VİDEO
22 Avqust 2019 Bakıda homoseksuallar onlara siqaret verməyən gənci döyüldülər
22 Avqust 2019 Bakıda üç uşaq anasının öldüyü qəzanın VİDEOSU
19 Avqust 2019 Vergilər Nazirliyi və Prokurorluq "Lerik Relax"da yoxlamalara başlayıb
15 Avqust 2019 Azərbaycanda vəzifəli şəxs özünü asdı
14 Avqust 2019 Toyuna yaxın özünü asdı - İsmayıllıda dəhşət
08 Avqust 2019 Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var - FOTO
06 Avqust 2019 Bakıda fahişələrlə əylənən ərəblər peşman oldular - BİABIRÇILIQ
05 Avqust 2019 Azərbaycanda toyda dava - Ana və oğlu döyüldü
02 Avqust 2019 DYP rəisinin 26 yaşlı qardaşı oğlu bugünkü avtobus qəzasında ölüb