b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2019-04-18_112222.jpg
Keçən ilin iyun ayında Bakının Nəsimi rayonunda qətl törətmiş Vəliyev Tuncay Vidadi oğlu və Ocaqverdiyev Fərman Əli oğlunun barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Missiya.Az xəbər verir ki, Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə maddəsi ilə başlanan cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq.

Məlumata görə, bir neçə ay əvvəl də bu işlə bağlı materiallar məhkəməyə daxil olsa da, sonradan iş yenidən prokurorluğa qaytarılmışdı.

Hadisə isə keçən il iyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Qeyd edək ki, Tuncay Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. Onun ögey qardaşı Tural isə bir neçə il əvvəl Bərdədə qətl törətdiyinə görə həbs edilib.

20 May 2019 Fuad Abbasovun Rusiyada saxlanılma görüntüləri - VİDEO
15 May 2019 Narkoloji Mərkəzdə baş verən yanğın işi üzrə hökm oxundu
13 May 2019 Azərbaycanda vəzifəli şəxs iş yerində öldü
10 May 2019 “Emil 444”ü öldürən şəxs tutuldu - VİDEO
08 May 2019 ABŞ-da azərbaycanlı evində güllələndi
07 May 2019 Müavini məhkəmədə Cahangir Hacıyevi ittiham etdi: O göstəriş verib
07 May 2019 300-dən çox kişi zorakılığın qurbanı oldu - Azərbaycanda
06 May 2019 Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını yandırdı
02 May 2019 Bakıda polisə ülgüclə hücum edən şəxslər hakim qarşısına çıxarılır
01 May 2019 Bakıda oğlan keçmiş sevgilisini vəhşicəsinə öldürdü
29 Aprel 2019 Azyaşlı qızları fahişəliyə cəlb edən “İntuş”a hökm oxundu
26 Aprel 2019 Moskvada qumar borcuna görə öldürülən azərbaycanlı jurnalistin dəhşətli görüntüləri - FOTO
25 Aprel 2019 Hərəkətdə olan avtomobil alışıb yandı - VİDEO
22 Aprel 2019 Bakıda 73 yaşlı qadın sifarişlə öldürüldü - RƏSMİ
19 Aprel 2019 Mahir Mədətov qapıçının burnunu sındırdı - VİDEO
17 Aprel 2019 Bakıda bədbəxt hadisə - Maşinist öldü
16 Aprel 2019 Azərbaycanda dəhşət: Ana 10 aylıq qızını boğaraq öldürdü
15 Aprel 2019 Bakıda quşçuluq fabrikindən 170 min manatlıq toyuq oğurlanıb
12 Aprel 2019 Bakıda tələbələrin mübahisəsi qətllə nəticələndi - MƏHKƏMƏ
11 Aprel 2019 Bakı-Quba yolunda dava: 30 yaşlı kişi bıçaqlandı