b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_750x422_5e4242e369819.jpg
Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Missiya.Az xəbər verir ki, Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə, yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların yolları rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_750x422_5e4242e4259ff.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_750x422_5e4242e3a845a.jpg

28 Sentyabr 2020 Bakıdan bu istiqamətlərə uçuşlar dayandırıldı - RƏSMİ
10 Sentyabr 2020 Vahid Əhmədov: "Uşaq pulu məsələsinə birdəfəlik nöqtə qoymalıyıq"
01 Sentyabr 2020 Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı QƏRAR
24 Avqust 2020 Dövlət Gömrük Komitəsi qalmaqallı qərarla bağlı açıqlama yaydı
19 Avqust 2020 Dövlət Vergi Xidməti sahibkarlara MÜRACİƏT ETDİ
06 Avqust 2020 Uşaq pulu ilə bağlı açıqlama - RƏSMİ
22 İyul 2020 İyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırıldı
21 İyul 2020 Gürcüstan-Azərbaycan sərhədi birtərəfli açılır
20 İyul 2020 Prezidentdən sahibkarlıq sahələrində yoxlamalarla bağlı SƏRƏNCAM
30 İyun 2020 Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşacaq
25 İyun 2020 Bağlanmış banklardakı kredit yığımlarının məbləği açıqlandı - RƏSMİ
01 İyun 2020 SON DƏQİQƏ! Azərbaycanda pullar dəyişir
04 May 2020 Bu şəxslərə şad xəbər: İnternet pulsuz ola bilər - RƏSMİ
04 May 2020 ƏDV-nizi belə geri ala bilərsiniz - QAYDALAR
28 Aprel 2020 Nazirlikdən işsizlərə ŞAD XƏBƏR: Daha 50 min...
27 Aprel 2020 Bu bankların bütün səlahiyyətləri alındı - Rəsmi açıqlama
24 Aprel 2020 Prezident İlham Əliyev açılış etdi - FOTOLAR
22 Aprel 2020 Neftin qiyməti 16 dollara düşdü
21 Aprel 2020 SON DƏQİQƏ! Neft və qazın yeni qiyməti açıqlandı
05 Aprel 2020 Azərbaycanın koronavirusla mübarizə büdcəsi 3 milyarda çatır