b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019__ROM9125.jpg

Humanizm dövlət siyasətində var və olacaq, humanizm qanun-qaydaya riayət edən cəmiyyətlərin xüsusiyyətidir. Humanizm birtərəfli yol deyil, borcların ödənilməsində kömək kimi addımlar atılır, müqabilində vətəndaş, vergi ödəyicisi tərəfindən bundan sonra qanuna tam riayət etmək gözlənilir və bu, təmin edilməlidir. 

Missiya.Az xəbər verir ki, bu sözləri Vergilər naziri Mikayıl Cabbarov deyib. 

O, Vergilər Nazirliyi tərəfindən özfəaliyyətin həyata keçirilməsində qanunun tələblərinin aliliyinin əsas tutulmalı olduğunu qeyd edib. 

“Biz bu sahədə özümüzdən - Vergilər Nazirliyində olan çətinliklərdən, problemlərdən başlamışıq. Son il yarım ərzində bir çox işçilərlə yollarımızı ayırmışıq.

Xoş xəbər ondan ibarətdir ki, Vergilər Nazirliyinin işçilərinin əksəriyyəti layiqli dövlət qulluqçusu, peşə və vəzifələrini ləqayətlə həyata keçirən insanlardır. 

Gələcəkdə də həmişə daxildən başlayacağıq. Bu, bəlkə də, xoş səslənmir, lakin bu müddət ərzində Vergilər Nazirliyində çalışan 15 əməkdaşın əmək müqavilələrini yalnız dayandırmamışıq, onların fəaliyyətinin müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılması üçün təqdim etmişik.

Çünki daxili təmizlənmə prosesləri olmasa, vergi ödəyicisinə “qanuna riayət et, qanunla yaşa, dünənki əyri yollardan əl çək” kimi mesajlarımız inandırıcı olmaz, lazımi effekti verməz”.

Növbəti addımlara gəldikdə isə, nazir qarşıdakı strateji məqsədləri iki istiqamətə bölüb. 

“Birincisi ondan ibarətdir ki, qanunvericilikdəki bir çox dəyişikliklər Vergi İnzibatçılığının təkmilləşdirilməsini tələb edir. Yerlərdə çalışan müfəttişlərimiz, yerli vergi orqanlarımız qanunvericiliyin yeni tələblərinə uyğun olaraq fəaliyyətlərini qurmalıdır. 

Digər strateji istiqamət vergi ödəyicilərinin yeni reallığı qəbul etməsini, yeni vergi çərçivəsini birtərəfli yol kimi deyil, bunun müqabilində sizdən qanuna uyğun olaraq fəaliyyət göstərmək gözlənildiyini başa düşməkdir.

Obyektiv çətinliklərlə rastlaşırsınızsa, Vergilər Nazirliyi sizin birinci dostunuz, birinci ünvanınızdır. Müvafiq xidmət təqdim etmək bizim borcumuzdur. Lakin qanuna riayət etməyən, vergidən yayınma ilə məşğul olan vergi ödəyiciləri üçün təbii olaraq nəzərdə tutulan bütün sanksiyalar tətbiq ediləcək. 

Bu, davamlı işdir, bir günə, bir aya başa çatmayacaq. Amma hansı yola çıxdığımızı bilirik, tam əminliklə deyə bilərəm ki, bu yolu uğurla başa çatdırmaq üçün nazirliyin həm peşəkarlığı, həm də iradəsi mövcuddur. Bilirəm ki, bu yolda tək deyilik, əksər vergi ödəyiciləri məhz bu prinsiplə yaşamaq istəyir, ona görə biz birlikdə bütün hədəflərə nail olacayıq”.

30 Aprel 2019 Problemli kredit sahiblərinə yeni xəbər
22 Aprel 2019 Problemli krediti olan vətəndaşların diqqətinə! Bu gündən...
16 Aprel 2019 Kartof, soğan, kələm ucuzlaşıb - NAZİRLİK
10 Aprel 2019 Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik edilə bilər
05 Aprel 2019 Problemli kredit sahiblərinə ödənişlər BU QAYDADA veriləcək
02 Aprel 2019 Bu şəxslərin kredit borcu bağışlandı – SİYAHI
27 Mart 2019 Problemli kreditlərlə bağlı yeni xidmət yaradıldı
15 Mart 2019 Azərbaycanın xarici borcu açıqlandı
28 Fevral 2019 Dövlət qulluqçularının maaşları artırılır
28 Fevral 2019 “Dollarla kredit götürüb artıq ödəniş edənlərin pulu geri qaytarılacaq” - Mərkəzi Bank
22 Fevral 2019 Bakıda hansı rayonlarda “DOST” olacaq?
21 Fevral 2019 Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
18 Fevral 2019 Bakıda 75 min manata ağac satılır - VİDEO
16 Fevral 2019 Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
14 Fevral 2019 Orta aylıq əmək pensiyası belə artacaq - RƏQƏMLƏR
12 Fevral 2019 "Gələcəkdə də əməkhaqqlar artırılacaq" - Hadi Rəcəbli
08 Fevral 2019 Pensiyalar bu qədər artacaq - Hesablama qaydası
01 Fevral 2019 Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq etdi
31 Yanvar 2019 Elman Rüstəmov vəd verdi: “Neft ucuzlaşsa belə, dollar bahalaşmayacaq”
31 Yanvar 2019 Azərbaycan Gürcüstana satdığı qazın qiymətini qaldırdı