b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_750x422_5e3ab7c9d5b25.jpg

UFC üzrə son çempion Həbib Nurməhəmmədov qalmaqallı addım atıb.

Missiya.Az xəbər verir ki, Səudiyə Ərəbistandan Dağıstan əsilli rusiyalı döyüşçüyə irlandiyalı idmançı Konor Makqreqorla revanş qarşılaşmasına sözügedən ölkədə çıxması üçün 100 milyon dollarlıq təklif gəlib. Lakin Həbib bundan imtina edib. 31 yaşlı idmançı fikirlərini bu cür açıqlayıb:

“Elə bir pula nəyə görə ehtiyacım olsun? O qədər təşkilat var ki... Məsələn, görmə qüsuru olan şəxslər üçün futbol, sambo və digər idman yarışları təşkil edilir. UFC bu qədər pulla nə edəcəyini bilmirsə, onlara versin. O axmağı təkrar döymək üçün mənə 100 milyon dollar vermək heç də məntiqli deyil”.

Xatırladaq ki, Həbib 18 apreldə Toni Ferqüsonla qarşılaşacaq. O bu qarşılaşmanın qalibi olduğu halda Makqreqor ilə döyüşə çıxa bilər. Ancaq idmançının Səudiyyə Ərəbistanın təklifini rədd etməsi onun Konorla qarşılaşmaq istəməməsi kimi də qələmə verilir. 

Qeyd edək ki, Həbib və Konor arasında 2018-ci ildə döyüş keçirilib və rusiyalı döyüşçü qalib gəlib.

20 Yanvar 2020 Siqarət çəkən iki futbolçu millidən qovuldu
13 Yanvar 2020 Güləşçilərimizdən 5-ci qızıl medal - FOTOLAR
18 Dekabr 2019 Klublararası dünya çempionatının ilk finalçısı məlum olub
11 Dekabr 2019 Ançelotti istefaya göndərildi
19 Noyabr 2019 İtaliyanın Ermənistana 9 qol vurduğu oyununun - VİDEOSU
08 Noyabr 2019 "Qarabağ" Kiprdə APOEL-ə uduzub
04 Noyabr 2019 APOEL - "Qarabağ" matçının hakimləri bəlli olub
25 Oktyabr 2019 Rəşadın "Qarabağ"a baha başa gələn səhvi - VİDEO
22 Oktyabr 2019 Formula-1 Azərbaycan Qran Prisinin biletləri satışda - Endirimlə 710 AZN
14 Oktyabr 2019 Hollandiyalı hakim Azərbaycandan üzr istəyib
02 Oktyabr 2019 Teymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
02 Oktyabr 2019 Hacı Əliyev məşqçilərini tənqid etdi: “Xalça üzərində tək qaldım”
21 Avqust 2019 "Barselona" PSJ ilə razılığa gəldi
15 Avqust 2019 “Barselona” Neymar üçün yeni təklif göndərib
14 Avqust 2019 "Qarabağ"ın Avropa Liqasındakı rəqibi bəlli olub
05 Avqust 2019 Həmyerlimiz beynəlxalq yarışda çempion oldu - Qızı medal - VİDEO
03 Avqust 2019 "Neftçi" və "Qarabağ"ın potensial rəqibləri bəlli oldu
20 İyun 2019 PSJ Neymarın qiymətini açıqlayıb
18 İyun 2019 "Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
18 İyun 2019 Azərbaycan idmançıları II Avropa Oyunlarına yola salındı - FOTO