b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_hhsdahhasdhadasdasdasd.jpg

Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli sərəncamına əsasən hərbi xidmətə çağırılmış aşağıdakı kateqoriyadan olan hərbi qulluqçular 2020-ci il dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər:

1.1. üç və ya daha çox uşağı olan;

1.2. himayəsində I dərəcə əlilliyi müəyyən edilmiş şəxs olan;

1.3. himayəsində yetkinlik yaşına çatmayan bacısı və ya qardaşı olan;

1.4. ailənin tək övladı olan;

1.5. ataları və ya qardaşları döyüş əməliyyatları, habelə hərbi xidmət üzrə vəzifələrin icrası zamanı həlak olmuş və ya vəfat etmiş;

1.6. döyüş əməliyyatları zamanı yaralanmış, habelə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılan;

1.7. yaxın qohumları Ermənistan Respublikasının hərbi təxribatları və Azərbaycan Respublikasının ərazilərini atəşə tutması nəticəsində həlak olmuş;

1.8. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində, eləcə də onların filiallarında, Azərbaycan Milli Elmlər Akademiyasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda nəzərdə tutulmuş digər elmi təşkilatlarda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alan.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.



26 Yanvar 2021 Azərbaycana dəymiş ziyanın hesablanmasına başlanılıb
26 Yanvar 2021 Cəbrayılın Karxulu kəndindən görüntülər
26 Yanvar 2021 Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi
25 Yanvar 2021 Moskvada mitinqdə iştirak edən 30 nəfər həbs edildi
25 Yanvar 2021 Xırdalanda partlayış olub, dağıntılar altından 2 nəfər çıxarılıb - VİDEO
25 Yanvar 2021 “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi
25 Yanvar 2021 Xırdalanda partlayış olub
25 Yanvar 2021 Putin 12 il sonra Davosda çıxış edəcək
25 Yanvar 2021 Nazirlik İctimai Şuraya namizədlərin irəli sürülməsi vaxtını elan edib
25 Yanvar 2021 Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb
25 Yanvar 2021 Azərbaycanda 273 nəfər COVID-19-dan sağalıb, 57 nəfər yoluxub, 11 nəfər vəfat edib
25 Yanvar 2021 Lütfi Zadənin 100 illiyi qeyd ediləcək
25 Yanvar 2021 Türkiyəli deputat : “Erməni deputatlar son otuz ildə tutduqları yoldan çəkinməyiblər”
25 Yanvar 2021 Azərbaycan vətəndaşının Nigeriyada öldürülməsinə görə cinayət işi açılıb
25 Yanvar 2021 FHN dağlıq ərazidə yaşayanlara və səfər edənlərə xəbərdarlıq etdi - Video
25 Yanvar 2021 Hikmət Hacıyev mətbuat katiblərinə ustad dərsi keçdi
25 Yanvar 2021 Zərif : "Azərbaycan ərazilərinin işğalına son verilməsi bölgədə sülh və əməkdaşlıq üçün yaxşı fürsət yaradır"
25 Yanvar 2021 Ceyhun Bayramov : “Vətən müharibəsi zamanı İran Azərbaycana bütün səviyyələrdə dəstək verdi”
25 Yanvar 2021 Putin Rusiyada keçirilən mitinqlərə münasibət bildirib
25 Yanvar 2021 Prokurorluqda 8 nəfər vəzifədən azad olunub