b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_0101101.jpg

Bir ölkənin müharibəyə başlaması üçün həmin ölkədə ilk növbədə siyasi sabitlik, sosial-iqtisadi stabillik, maddi resursların dayanıqlı və davamlı olması, eyni zamanda, həyat səviyyəsinin ən azından orta səviyyədə olması gərəkdir. Yalnız belə olan halda, ölkə müharibənin fəsadlarından az təsirlənə bilər. Bütün bu sadalananlara sahib ölkə hərbi bazasına hərtərəfli şəkildə müdafiəni və hücumu təmin edə bilməsi üçün əlavə vəsait ayıra bilər.

Missiya.Az xəbər verir ki, Ermənistan isə bu sadalananları əməli şəkildə yerinə yetirə bilməsi üçün kifayət qədər resursa malik deyil. Ölkə müstəqillik əldə edəndən sonra sosial-iqtisadi vəziyyətini heç kafi dərəcədə də bərpa edə bilmədi, nəticədə 2018-ci ildə Ermənistanda siyasi vəziyyət qarışdı və kütləvi çıxışlar, etiraz aksiyaları ölkənin bütün sahələrinə təsir etdi. Çünki, iqtisadi stabillik üçün ilk növbədə siyasi sabitlik əldə edilməlidir. 

Nikol Paşinyanın Baş nazirliyi dövründə xalqa sosial rifahı təmsil edən müxtəlif vədlər verildi, bu vədlərin çox kiçik bir qismi təmin edildi. Ekspertlərin fikrincə bu, istənilən nəticə vermədi və əhalinin gəlirlərində gözlənilən artım baş vermədi. Eyni zamanda, ölkə rəhbərliyi pandemiya ilə mübarizəyə adaptasiya ola bilmədi və bununla əlaqədar ölkə son 10 ilin ən ağır iqtisadi böhranını qədəm qoydu. 

27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatları zamanı düşmənin mühüm hərbi texniki infrastrukturu məhv edildi. Belə ki, müharibənin ilk dörd günü ərzində ordumuz düşmənin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv etdi.

Artıq ilk 24 gündə Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2,4 milyard dollardan çoxdur.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin deputatı Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Bununla da artıq müharibənin ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurulub.

O qeyd edib ki, əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun ümumi daxili məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq.

Xatırladaq ki, 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikası geniş kütləyə bəyan edilib.


30 Noyabr 2020 Azərbaycan polisləri Kəlbəcərdədir
30 Noyabr 2020 FHN -in Laçında yerləşəcək inzibati binasının lövhəsi hazırdır
30 Noyabr 2020 ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib
30 Noyabr 2020 Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”
30 Noyabr 2020 Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı"
30 Noyabr 2020 İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ
30 Noyabr 2020 Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ
30 Noyabr 2020 ANAMA vətəndaşlara müraciət etdi
30 Noyabr 2020 Ukraynada karantin qaydalarını pozan azərbaycanlılar deport olunub
30 Noyabr 2020 Yol qəzasında Tibb Universitetinin üç tələbəsi ölüb, biri xəsarət alıb
30 Noyabr 2020 Paşinyan Putinlə Qarabağa dair danışıqların bir hissəsini açıqlayıb
30 Noyabr 2020 TƏBİB-dən koronavirus XƏBƏRDARLIĞI - Yoluxma sürətlə artacaq - VİDEO
29 Noyabr 2020 Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - RƏSMİ AÇIQLAMA + VİDEO
28 Noyabr 2020 Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb
28 Noyabr 2020 Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər
28 Noyabr 2020 Füzulidə avtomobil minaya düşüb
28 Noyabr 2020 İşğaldan azad edilən Ağdamda Xocalı ilə bağlı ilk foto sərgi keçirildi - VİDEO
28 Noyabr 2020 Prezidentin köməkçisi xarici diplomatlarla Tərtərdədir - FOTO
28 Noyabr 2020 Hikmət Hacıyev: “Elə günlər olurdu ki, Tərtər şəhərinə 2 400-dən artıq mərmilər düşürdü"
28 Noyabr 2020 İstisu qəsəbəsindən yeni görünütlər - VİDEO