tvd.jpg

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev insanların daşıdıqları qan qruplarının COVID-19 virusuna yoluxma və xəstəliyin gedişatında roluna aydınlıq gətirib.

Missiya.az xəbər verir ki, o, mart ayından etibarən Çinin Uhan şəhərində aparılan elmi tədqiqatın nəticəsinə görə xəstələnənlər arasında II qan qrupu daşıyıcılarının çoxluq təşkil etdiyini bildirib: 

"Buna əlavə olaraq, Avropada aparılan son elmi tədqiqat yeni olaraq onu göstərdi ki, II qan qrupu COVID-19 xəstəliyinin ağır kliniki gedişatı üçün bir risk faktorudur. COVID-19 virusuna yoluxanların 3-cü və 9-cu xromosomlarında aşkar edilən gen variantları xəstəliyin ağır gedişata malik olma riskini artırır. Burada da qan qrupunu müəyyən edən önəmli gen və xromosom yer alır. Alimlər bu nəticəyə İtaliya və İspaniyadan olan 4000 xəstənin müayinəsinə əsaslanan tədqiqatdan sonra gəliblər. Tədqiqatın nəticəsinə görə, II qrup qan daşıyıcısı olan xəstələr də bir növ xüsusi risk qrupuna daxildirlər və onlar bu virusa yoluxan zaman xəstəliyi digər qan qruplarına nisbətən ağır formada keçirə bilərlər".

N.Abdullayev deyib ki, I qan qrupu daşıyıcıları isə digərləri ilə müqayisədə ən az riskə malikdirlər:

"Amma onu da nəzərə almaq lazımdır ki, xəstəliyin ağır gedişatına səbəb olan daha bir neçə önəmli faktorlar da var və bunlardan da ən önəmlisi xəstənin yaşı və sahib olduğu ciddi xəstəlikləridir. Bu tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, artıq müalicə həkimi II qan qrupu daşıyıcısı olan COVID-19 xəstələrinə xüsusi risk qrupuna daxil olduqları üçün daha da diqqət göstərib xəstəliyin gedişində bu məqamı nəzərə almalıdır".

report.az



10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09 İyul 2020 Daha 6 rayon və 3 şəhər üzrə 190 manat VERİLƏCƏK
08 İyul 2020 Azərbaycanda iki ildir axtarışda olan şəxslər ələ keçdilər - FOTO
08 İyul 2020 Yasamalın icra başçısı növbəti reyd keçirdi - FOTOLAR
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat