b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_tuo.jpg

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq edib.

Missiya.az xəbər verir ki, qərar 2020/2021-ci tədris ilindən tətbiq ediləcək.

Qərara əsasən, yeni normalar “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12.8-ci maddəsinə uyğun olaraq sinif otağının bir şagird üçün müəyyən edilmiş sahə normativi nəzərə alınmaqla hazırlanıb.

Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları aşağıdakı kimi müəyyən edilir:

- Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.

- Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu Normaların 4-cü hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla) edilir.

- İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Komplekt siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir.

- Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

- Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.

- Tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

- Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.



10 İyul 2020 DTX-dən Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurlarının saxlanılması ilə bağlı RƏSMİ AÇIQLAMA
10 İyul 2020 Azərbaycanda reanimatoloq koronavirusa yoluxdu - FOTO
10 İyul 2020 Bakıda karantin postları yenidən qurulub - AÇIQLAMA
09 İyul 2020 Niyə Gürcüstan koronadan qurtulur, bizsə yox?..
09 İyul 2020 Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü
09 İyul 2020 SMS-siz küçəyə çıxan 3 nəfər həbs olundu - RƏSMİ
09 İyul 2020 Mehriban Əliyeva koronavirusa yoluxmuş həkimin səhhətini nəzarətə götürdü
09 İyul 2020 Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09 İyul 2020 Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09 İyul 2020 Daha 6 rayon və 3 şəhər üzrə 190 manat VERİLƏCƏK
08 İyul 2020 Azərbaycanda iki ildir axtarışda olan şəxslər ələ keçdilər - FOTO
08 İyul 2020 Yasamalın icra başçısı növbəti reyd keçirdi - FOTOLAR
08 İyul 2020 Azərbaycanda koronavirusa yoluxmuş şəxs ət satışı məntəqəsində tutuldu
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 "Azərbaycan Bayrağı" ordenli polis koronavirusdan ölüb
07 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat