b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_lo5.jpg

"Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda, qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki, biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik".

Missiya.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Nizami rayonunda yeni istifadəyə verilən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik. Ona görə biz artıq aprelin sonunda gördük ki, üç həftə ərzində dinamika müsbətdir, yoluxanların sayı sağalanların sayından azdır və biz yumşalma tədbirlərinə keçdik. Əfsuslar olsun ki, yumşalma tədbirləri yoluxanların sayına mənfi təsir göstərmişdir. Ancaq bu gün vəziyyət tam nəzarətdədir və bütün ölkələr artıq açılır. Hətta pandemiyanın geniş vüsət aldığı ölkələr də açılır və biz də yavaş-yavaş açılırıq. Amma vəziyyəti tam nəzarətdə saxlayırıq", - dövlət başçısı bildirib.

report


01 Dekabr 2020 Prezident bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı sərəncam imzaladı
01 Dekabr 2020 “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir”
01 Dekabr 2020 Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini onlara
01 Dekabr 2020 Dövlət başçısı: “Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir”
01 Dekabr 2020 Prezident Laçının işğaldan azad olunması münasibətilə xalqı təbrik edib
01 Dekabr 2020 Prezident: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib"
01 Dekabr 2020 Laçında kənd təsərrüfatı, sənayeturizm inkişaf etdiriləcək
01 Dekabr 2020 Laçında Azərbaycan Himni oxundu
01 Dekabr 2020 28 illik həsrətdən sonra Laçına səmadan baxış - FOTO
01 Dekabr 2020 Qafan Hava Limanı hansı dövlətin nəzarətində qalacaq? - MER AÇIQLADI
01 Dekabr 2020 Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
01 Dekabr 2020 Həmvətənlərimizin Laçın sevinci “Haber Global”ın efirində - VİDEO
01 Dekabr 2020 Türkiyədə küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq
30 Noyabr 2020 Azərbaycan polisləri Kəlbəcərdədir
30 Noyabr 2020 FHN -in Laçında yerləşəcək inzibati binasının lövhəsi hazırdır
30 Noyabr 2020 ABŞ-ın koronavirusa qarşı vaksini 100 % effekt verib
30 Noyabr 2020 Levon Ter-Petrosyan: “Paşinyan ziyanvericidir”
30 Noyabr 2020 Bağrat Asatryan: "Ermənistan hələ 2018-ci ildə Azərbaycanla barışmalıydı"
30 Noyabr 2020 İşğaldan azad edilən ərazilərə gedənlərə XƏBƏRDARLIQ
30 Noyabr 2020 Azərbaycan ərazisində yeddi dron zərərsizləşdirilib - RƏSMİ