b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_image_750x_5e74fafa7e022.jpg

Koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə əksər dövlətlərdə ciddi preventiv tədbirlər həyata keçirilir. Müxtəlif ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri turizm, biznes və iqtisadiyyatın bir çox sahələrinə öz təsirini göstərməkdədir. 

Koronavirus zəminində yaranan fövqəladə vəziyyət ölkələrin biznes mühitinə təsir göstərsə də, hazırkı şəraitdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi prioritet olmalı və bütün səylər bu xəstəliyin aradan qaldırılmasına yönəlməlidir. 

Fəaliyyətində öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və rifahına əsas önəm verən “PAŞA Holding” MMC Korporativ Sosial Məsuliyyət öhdəliyindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə qürurla dəstək göstərməkdədir. 

“PAŞA Holding”dən Intime.az-a verilən məlumata görə, şirkət tərəfindən Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verilib. 

COVİD-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alataq “PAŞA Holding”  eyni zamanda bir sıra məsələləri öz əsas hədəfi seçmişdir: 

• Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “PAŞA Holding” tərəfindən 2 milyon manat ianə veriləcək;

• yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə “PAŞA Holding” və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;

• biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.

Qeyd edək ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətvə yaxın zamanlarda qərarlar veriləcək.

Bildiririk ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcəkdir.



10 Avqust 2020 Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı
10 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
10 Avqust 2020 Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
10 Avqust 2020 Bu gündən əlavə avtobuslar xəttə buraxılacaq
10 Avqust 2020 Bu gündən bəzi iş yerləri fəaliyyətini bərpa edir – SİYAHI
09 Avqust 2020 Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - VİDEO
08 Avqust 2020 Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08 Avqust 2020 Prezident Şahbaz Muradovu təltif etdi
08 Avqust 2020 Rayonlara gediş-gəliş bu tarixdən bərpa edilir
08 Avqust 2020 Kafe və restoranlar bu tarixdə açıla bilər
08 Avqust 2020 Dünyada ikinci dalğa təhlükəsi - Azərbaycanda isə sevindirici vəziyyət - VİDEO
07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir