b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1572247905_1572246133_fedaye_lacin_34860539_1220534818082260_5083307336294989824_n.jpg
Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın sabah azadlığa çıxacaq.
 
Missiya.Az xəbər verir ki, bu barədə "Report"a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib.
 
Onun sözlərinə görə, müğənni oktyabrın 29-da səhər saatlarında 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılacaq.
 
2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib.
 
Məhkəmənin senbtyabrın 30-da verdiyi qərara əsasən, Konvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə endirilib və cəzasının qalanını məntəqə tipli cəzaçəıkmə müəssisəsində çəkəcək. Təqsirləndirilən Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
 
Təqsirləndirilən Məhəmməd Hacıyevın, İsrafıl Soltanovun, Tərlan Zeynalovun, Anar Əsgərovun cəzaları 4 ilə endirilib. Aqil Nəcəfovun cəzası 8 ilə, Ceyhun Səmədovun cəzası 8 il 6 aya, Tural Poladxanovun cəzası isə 8 il 3 aya qədər azaldılıb.
 
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Hökmə əsasən, B.Abdullayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvətalma) maddəsi isə ittihamdan xaric olunub.


07 Avqust 2020 SOCAR-dan Hacıqabulda qaz xəttində baş verən yanğınla bağlı AÇIQLAMA
07 Avqust 2020 SOCAR-ın rəhbər şurası ölkə başçısının çıxışından irəli gələn vəzifələri müzakirə etdi
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 Avqust ayı üzrə 190 manatın necə veriləcəyi bilindi - RƏSMİ
07 Avqust 2020 Polis xüsusi karantin rejiminə əməl etməyənlərə qarşı reyd keçirdi
07 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
07 Avqust 2020 Azərbaycanda koronavirusa yoluxmanın ən çox və ən az olduğu yerlər - SİYAHI
06 Avqust 2020 “AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıb, bəs gəliri hardadır?” - Video
06 Avqust 2020 Azərbaycanda karantin rejiminin yenidən yumşaldılmasına hazırlıq görülür - Baş nazir
06 Avqust 2020 Rayonlara gediş-gəlişin açılması TƏKLİF OLUNDU - VİDEO
06 Avqust 2020 Bakı-Sumqayıt qatarı 3 aylıq bağlanır
06 Avqust 2020 Türkiyədə dollar kəskin bahalaşdı
06 Avqust 2020 Məktəblər açılsa, bu şərtlərə əməl edilməlidir
06 Avqust 2020 Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
06 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər-RƏSMİ
06 Avqust 2020 Beyrutdakı partlayış ölkəyə milyardlarla dollar ziyan vurub
05 Avqust 2020 Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO
05 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
05 Avqust 2020 FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
05 Avqust 2020 Beyrutdakı partlayış zamanı ayin icra edən kahin belə qaçdı - VİDEO