b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_video-silvia-stoeber-100__v-ARDFotogalerie.jpg

Almaniya Federativ Respublikasının vətəndaşı Silvia Stöber Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Missiya.Az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN məlumat yayıb. 

Məlumata görə, məktubunda Silvia Stöber Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də, ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin, müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib.

Almaniya Federativ Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

21 Noyabr 2019 Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ
20 Noyabr 2019 Vilayət Eyvazovdan VACİB QƏRAR - Vətəndaşların bu zaman polisə çağırılması qadağan edildi
20 Noyabr 2019 DİQQƏT! Bu gün bu ərazilərdə qaz olmayacaq
19 Noyabr 2019 Novruz Məmmədova bu gün yeni vəzifə VERİLƏCƏK
18 Noyabr 2019 Plyonka ilə bağlı tapşırığı Vilayət Eyvazov verib
18 Noyabr 2019 "Cem Yılmazın kosnertinə 700 manat verə biliriksə, niyə mitinqə gedirik?" - Nadir Qafarzadə
18 Noyabr 2019 Plyonka qadağası ləğv olunmayıb – AÇIQLAMA
16 Noyabr 2019 Azərbaycanda vəzifəli şəxs faciəvi şəkildə öldü
15 Noyabr 2019 Yeni icra başçısından evsiz vətəndaşa böyük hədiyyə
14 Noyabr 2019 DSMF-nin iki rayon şöbəsinin müdirinə cinayət işi açılıb - Prezidentin siyasətinə kölgə salanlar cəzalandırılır
14 Noyabr 2019 Tünzalə Ağayeva 2 milyon insanı təhqir etdi: "Zir-zibil istəmirəm"
12 Noyabr 2019 Prezidentin təyin etdiyi icra başçıları kimdir? - DOSYE
12 Noyabr 2019 Bakı metrosunda bu stansiyaların adları dəyişdiriləcək - RƏSMİ
12 Noyabr 2019 İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
11 Noyabr 2019 Bıçaqlanan Xosenin vəziyyəti necədir?
08 Noyabr 2019 Yol polisindən piyadalara müraciət: Cinayət məsuliyyətinə cəlb olunacaqlar
07 Noyabr 2019 Prezident xalq şairinə ev verdi
07 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik etdi - FOTO
07 Noyabr 2019 “Səndən kişi olanda, məndən də...” – Elçin Əlibəylini yıxıb-sürüdü
06 Noyabr 2019 Oqtay Gülalıyev Türkiyəyə yola salınıb