9d2208f9336b05df7f687ddbf5843678.jpg

Səbail rayonu Bayıl qəsəbəsində yaşayan F.Musayev Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edərək yaşadığı evdən içərisində 1800 ABŞ dollar olan seyfin naməlum şəraitdə oğurlandığını bildirib.

DİN-in mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, Səbail RPİ Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan S.Atakişiyeva zərərçəkmiş şəxslə qonşudur. O, həmin mənzilin açarlarını ələ keçirəndən sonra digər dəsdə üzvləri ilə birgə oğurluq edib. Əvvəlcə mənzilin qapısını açan S.Atakişiyev evdə olan iti səs-küy salmaması üçün hamam otağına salıb. Daha sonra digərləri mənzili axtarmağa başlayıblar.

Dəstə üzvləri seyfi ələ keçirəndən sonra S.Atakişiyevanın evində açaraq pulu aralarında bölüblər. C.Cəbiyev isə sındırılan seyfi Hökməli qəsəbəsinə apararaq izi itirmək məqsədi ilə orada qazaraq basdırıb. Qeyd edək ki, həmin seyf polislər tərəfindən basdırıldığı yerdən çıxarılaraq maddi sübut kimi götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib və o, hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi
17 Fevral 2020 Baş prokuror rəisi işdən ÇIXARDI
17 Fevral 2020 Pərviz "Survivor"da komanda yoldaşını qorudu, DAVAYA DÜŞDÜ - VİDEO
14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
13 Fevral 2020 Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
11 Fevral 2020 Cahangir Hacıyevin cəzası azaldıldı - QƏRAR
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA
09 Fevral 2020 Səs verənlərin sayı açıqlandı
09 Fevral 2020 Prezident və xanımı səs verdi
08 Fevral 2020 Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi
07 Fevral 2020 "Cin çıxarmaq" adı ilə gənci döyüb öldürənlərə 57 il 6 ay cəza verildi - VİDEO