b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1569583923_p.jpg
Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.

Missiya.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə bağlı narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, bu tədbirlər əhatə dairəsi ümumilikdə 4,2 milyon vətəndaş olmaqla onların rifahına ciddi dəstək olur.
 
Fondun direktoru Himalay Məmişov cari il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib.

İclasda DSMF-nin fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi
17 Fevral 2020 Baş prokuror rəisi işdən ÇIXARDI
17 Fevral 2020 Pərviz "Survivor"da komanda yoldaşını qorudu, DAVAYA DÜŞDÜ - VİDEO
14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
13 Fevral 2020 Baş Prokurorluqdan Nərminin qətli ilə bağlı açıqlama: “İfadələri alınır”
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
11 Fevral 2020 Cahangir Hacıyevin cəzası azaldıldı - QƏRAR
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA
09 Fevral 2020 Səs verənlərin sayı açıqlandı
09 Fevral 2020 Prezident və xanımı səs verdi
08 Fevral 2020 Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə xəbərdarlıq etdi
07 Fevral 2020 "Cin çıxarmaq" adı ilə gənci döyüb öldürənlərə 57 il 6 ay cəza verildi - VİDEO