b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_avtoyuma_1.jpg

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə müraciət edərək, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən ehtiyatlı olmağa çağırıb.

İdarənin məlumatında deyilir ki, avtomobil sahibləri təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən bir çox hallarda nəqliyyat vasitəsinin açarlarını da məntəqə işçilərinə verərək oranı tərk edirlər.

Bildirilib ki, belə hallar bəzən həmin məntəqələrdə çalışan və adətən, gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan bir sıra insanlara sahibi yanında olmayan nəqliyyat vasitələrindən qanunsuz istifadə etmək fürsəti yaradır:

“Müştərilərin etibarından sui-istifadə etməklə yanaşı, qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq, onlara həvalə edilmiş avtomobili qaçıraraq idarə edən belə gənclər tərəfindən bir sıra hallarda insanların həlak olması, yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri törədilir. Bununla yanaşı, bəzən xidmət göstərməli olduqları nəqliyyat vasitələrindən oğurluq edən, onlardan öz əmlakı kimi istifadə edən şəxslərə də rast gəlinir”.

Buna görə də Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə tövsiyə edir ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışsınlar, avtomobili təsadüfi deyil, tanıdıqları, məsuliyyətli, peşəkar insanlara etibar etsinlər.

26 Fevral 2020 Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
25 Fevral 2020 İranda səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
25 Fevral 2020 Azərbaycanda polisi təhqir etdiklərinə görə küçə süpürdülər- VİDEO
25 Fevral 2020 İranda koronavirus can almağa davam edir
25 Fevral 2020 Övladı orta məktəbdə oxuyanlar mütləq oxusun! Nazir koronavirusa görə tapşırıq verdi
24 Fevral 2020 Azərbaycan-İran sərhədində son vəziyyət - RƏSMİ
24 Fevral 2020 Azərbaycan-Ermənistan sərhədində təxribat nəticəsində bir hərbçimiz şəhid olub
24 Fevral 2020 SON DƏQİQƏ - Abşeronda güclü yanğın başlayıb
21 Fevral 2020 DTX icra başçısını rüşvət alarkən belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU
21 Fevral 2020 Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq
21 Fevral 2020 İrandan Azərbaycana koronavirus keçə bilərmi? Rəsmi açıqlama
21 Fevral 2020 DTX-dən əməliyyat: Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu - FOTO
20 Fevral 2020 MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
20 Fevral 2020 Azərbaycanda təhlükəli virusun yayıldığı kənddən görüntülər - VİDEO
19 Fevral 2020 Əhali ən çox bu rayonların polisindən narazıdır - SİYAHI
19 Fevral 2020 Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI
19 Fevral 2020 Gəncədə baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi