b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_qmi-e1559544917385.jpg
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bəs fitrə zəkatının miqdarı nə qədərdir və şərtləri necədir?

QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli  deyib ki, fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır: “Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Builki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib: “Bu da hər bir ailə üzvünün adından və ailə başçısı tərəfindən ödənilməlidir. Əgər, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır. Eyni zamanda, bu, insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir. Ona görə də imkanlı şəxslər ehtiyaclı insanları unutmamalıdır. Çünki bu, təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir”.

Qeyd edək ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.

Report

24 Avqust 2019 Vilayət Eyvazov Arif Alışanovun qardaşını işdən çıxardı
23 Avqust 2019 Azərbaycanın xarici dövlət borcu açıqlandı
23 Avqust 2019 Şəhərsalma qaydaları ilə bağlı qərara dəyişikliklər edildi
22 Avqust 2019 General-leytenant Etibar Mirzəyev yanğın baş verən ərazidə
21 Avqust 2019 Putin və Makron Qarabağ münaqişəsini müzakirə edib
21 Avqust 2019 Rəşad Atakişiyevlə vidalaşırıq - FOTO
20 Avqust 2019 Pilotumuz harada dəfn ediləcək? - AÇIQLANDI
19 Avqust 2019 Deputatın oğlu ilə bağlı məhkəmə həbs qərarı verdi
19 Avqust 2019 Vilayət Eyvazov daha bir rayona polis rəisi təyin etdi
16 Avqust 2019 Yüksək bal toplayan 84 nəfər tələbə ola bilmədi
15 Avqust 2019 Dövlət Yol Polisi ləğv edilir? - Vaqif Əsədov açıqlama verdi
15 Avqust 2019 Bakıda söküləcək binaların siyahısı açıqlandı
14 Avqust 2019 Şoyqunun təyyarəsinə yaxınlaşan qırıcı İspaniyaya məxsus imiş
14 Avqust 2019 Azərbaycanda bu şəxslərin də maaşı artırıldı - SİYAHI
12 Avqust 2019 Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılır - FOTO
09 Avqust 2019 Qurban bayramında dörd gün dincələcəyik
09 Avqust 2019 Badamdar və Əhmədlidə subasma - VİDEO
08 Avqust 2019 Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO
08 Avqust 2019 Azərbaycanda 37 yaşlı məmur qəfildən öldü
07 Avqust 2019 Bayram namazının vaxtı açıqlandı