b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_nazirlerkabineti.jpg
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Missiya.Az ONA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nda əksini tapıb.

Qərara əsasən kommunal xidmət göstərən müəssisələr 2  ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2  ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.

 

Bu qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında”  Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixliqərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilməlidir. Dövlət Statistika Komitəsinə tapşırılıb ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.

Yeni Qaydanın qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli qərarı ləğv olunub.

20 İyul 2019 İlham Əliyev idmançılara pul mükafatı verdi
20 İyul 2019 "İçib tank sürmürəm ki, maşın sürürəm" - Ağsaqqal sürücü - VİDEO
19 İyul 2019 Bakıda evsizlərə ŞAD XƏBƏR – VİDEO
17 İyul 2019 Boris Conson müsəlmanları “geridəqalmış” adlandırdı
17 İyul 2019 Yol polisindən avtoyuma məntəqələri ilə bağlı - XƏBƏRDARLIQ
16 İyul 2019 Zelenskidən böyük uğur - Razılıq əldə olundu
15 İyul 2019 Xalq artistinin vəziyyəti ağırlaşdı - Türkiyəyə aparıldı
15 İyul 2019 İki aprel şəhidinin yaxınları evləndi - toydan maraqlı görüntülər - VİDEO
13 İyul 2019 Azərbaycanda baş verən silahlı insidentin TƏFƏRRÜATLARI - YENİLƏNİB
12 İyul 2019 Vilayət Eyvazov ölkənin bütün rəislərini topladı - İclas keçirilir
11 İyul 2019 Azərbaycanda dövlətə xəyanət edən şəxslə bağlı YENİ MƏLUMAT
10 İyul 2019 Zelenski məmuru iclasdan qovdu: Rədd ol, quldur! - VİDEO
10 İyul 2019 Ərdoğan: Abdulla Gül və Əhməd Davudoğludan incimişəm
09 İyul 2019 Bu ixtisası seçənlərə əlavə 200 manat təqaüd veriləcək
09 İyul 2019 Azərbaycanda DƏHŞƏT – Mikroavtobus qəzaya uğradı – 8 ölü, 1 yaralı
08 İyul 2019 Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
08 İyul 2019 Piyadadan 10 manat rüşvət alan polislər İŞDƏN ÇIXARILDILAR
04 İyul 2019 Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlı: “Zülmə etiraz edirdim”
04 İyul 2019 Prezident yeni dövlət qurumu yaratdı - FƏRMAN
27 İyun 2019 Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - VİDEO