b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_e9599ace-69de-4628-979c-720b7733ee50_700x390_0_700x390.jpg

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində məlumat verib. 

"Ötən gün axşam Con Boltona Ağ Evdəki xidmətlərinə artıq ehtiyac qalmadığını söylədim. Onun təkliflərinin əksəriyyəti ilə heç razılaşmırdım. Bu səbəbdən Con Boltona istefa verməsini istədim, o da bu gün səhər saatlarında ərizəsini təqdim etdi", - deyə o yazıb. 

D.Tramp yeni milli təhlükəsizlik üzrə müşavirinin adını gələn həftə elan edəcəyini də vurğulayıb. 

Qeyd edək ki, C.Bolton 2018-ci ilin aprelində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə gətirilib. D.Tramp isə 2017-ci ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan indiyədək 4 ayrı milli təhlükəsizlik üzrə müşavirlə işləyib. 



24 İyun 2020 Moskvada Qələbə paradı başa çatıb - VİDEO
17 İyun 2020 Çin elan etdi: Koronavirusun yeni epidemiya riski çox yüksəkdir
10 İyun 2020 Dünyanın ən təhlükəsiz ölkələri - SİYAHI
09 İyun 2020 ÜST rəhbərindən dünyaya koronavirus XƏBƏRDARLIĞI
08 İyun 2020 Daha bir ölkə koronavirus epidemiyasına qalib gəldiyini açıqladı
11 May 2020 İran öz gəmisini vurub - Ölən və yaralananlar var
07 May 2020 ABŞ-da COVID-19-la bağlı araşdırma aparan alim öldürülüb
06 May 2020 Trampın gecələr yata bilməməsinin səbəbi açıqlandı
04 May 2020 İranda pul islahatı baş tutdu - Milli valyutanın adı dəyişdirildi
30 Aprel 2020 Dünyanın gözü bu ölkədədir - İlk yoluxma qeydə alındı
27 Aprel 2020 Daha bir ölkə koronavirusa qalib gəldiyini elan etdi
21 Aprel 2020 Tramp neftin qiymətindən danışdı - MÜHÜM QƏRAR
18 Aprel 2020 Tramp qubernatora əsəbiləşdi: “Çox danışırsınız, gedin işinizlə məşğul olun”
15 Aprel 2020 Çindən ŞOK AÇIQLAMA: Koronavirus ayaqqabı dabanında qalır
06 Aprel 2020 Koronavirusdan sağalan 86 yaşlı qadının beyninə qan sızıb - FOTO
04 Aprel 2020 ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb
01 Aprel 2020 Çinli yeniyetmə koronavirusu Uhana qaytardı
27 Mart 2020 İtaliyada son sutka ərzində koronavirusdan 919 nəfər ölüb
13 Mart 2020 Daha bir ölkədə fövqəladə vəziyyət elan edildi
12 Mart 2020 Alimlər: “Siqaret çəkənlərin koronavirusa yoluxma riski azdır”