b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dfdfdfdfd.jpg

Ermənistanda İkinci Qarabağ Müharibəsindən sonra başlayan hökumət böhranı daha da dərinləşir. İrəvanda təşkil olunan etiraz aksiyaları vasitəsi ilə baş nazir Nikol Paşinyanı istefaya göndərə bilməyən Ermənistan cəmiyyəti, indi də ümidini sosial şəbəkəyə bağlayıb.

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanı istefaya göndərmək üçün petisiya toplamağa başlayıb.  

Paşinyanın istefası üçün start verilən kampaniya “change.org” saytında keçirilir. Sosial şəbəkə istifadəçilərindən xahiş edilir ki, Paşinyan milli maraqları satdığı və cəmiyyəti parçaladığı üçün onun istefasına səs verilsin.

Saytda Paşinyanla bağlı bu sözlər qeyd olunub: “Siz öz xalqınızın gələcəyi ilə bağlı çox böyük günah etdiniz. Öz üzərinizə məsuliyyət götürüb getmək istəmirsiniz. Siz xalqın şərəfini və qalibiyyətini alçaltdınız, igidliklərini tapdaladınız. Sizin adınız indi namussuzluqla bağlıdır. Siz sındırılmış ümidlərin simvolusunuz. Siz artıq nə lider, nə də siyasətçi deyilsiniz”.  

Petisiyanı hazırlayanlar Paşinyanın istefasından sonra cəmiyyətin birləşməyinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, noyabrın 10-da Dağlıq Qarabağda müharibənin dayandırılması ilə bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalanıb. Müharibə  Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ermənistan müharibəni uduzduğunu qəbul etdikdən sonra İrəvanda kütləvi aksiyalara start verildi. Aksiya iştirakçıları Paşinyanın istefasını tələb edir. Paşinyan istefa verməyəcəyini bəyan edib.

Elvin
Missiya.Az

 

 



16 Yanvar 2021 Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
16 Yanvar 2021 Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
16 Yanvar 2021 Ağdamın Şelli kəndindən görüntülər
15 Yanvar 2021 Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə edilir
14 Yanvar 2021 380 yeni yoluxma faktı qeydə alınıb
13 Yanvar 2021 Füzulinin Ələsgərli kəndindən görüntülər
13 Yanvar 2021 Abdullah Gül : "Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bizi son dərəcə məmnun edib"
13 Yanvar 2021 Vaksinasiya ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında ediləcək
13 Yanvar 2021 Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?
11 Yanvar 2021 Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
11 Yanvar 2021 Ersin Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
09 Yanvar 2021 “Türkiyə-Naxçıvan qaz istehsalının inşasına başlayacağıq” - Fatih Dönmez
09 Yanvar 2021 DİN: 2 258 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb
09 Yanvar 2021 Azərbaycan nefti bahalaşıb: 56 dollara çatır
09 Yanvar 2021 Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar
08 Yanvar 2021 Sədaqət Vəliyeva: İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin dayanıqlılığına və inkişafına nail olunub
08 Yanvar 2021 Baş prokuror müşavirədə çıxış edib
07 Yanvar 2021 Fransa mətbuatında Azərbaycan həqiqətləri barədə geniş məqalə dərc olunub
07 Yanvar 2021 İlham Əliyev koronavirus peyvəndindən danışdı: "Bütün kontraktlar imzalanıb"
06 Yanvar 2021 Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir (VİDEO)