b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_iran.jpg Azərbaycan Respublikasının İran İslam Respublikası ilə həmsərhəd işğal olunmuş ərazilərində silahlı toqquşmalar davam edir.

Missiya.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, əks-hücum əməliyyatları həyata keçirən Azərbaycan ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini məhv edərək öz torpaqlarını azad edir. Döyüşlər gedən ərazilərdən geri çəkilən parakəndə Ermənistan silahlı birləşmələri təxribat yaratmaq məqsədi ilə dost və qardaş İran ərazisinə raketlər atmaqda davam edir. Düşmənin hücumunu dəf edən Azərbaycan ordusunun bütün səylərinə baxmayaraq məqsədli atəşlər nəticəsində raketlər ara-sıra İran ərazisinə düşür: “Məkrli düşmənin bu hərəkəti bizi hiddətləndirir və qardaş İran əhalisinin narahatlığına şərik oluruq. İran İslam Respublikası tarixən dost və qardaş ölkə kimi daim Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş və Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, müvafiq BMT TŞ qətnamələrinin yerinə yetirilməsini və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəkləmişdir. Bu gün də biz qardaş İran xalqının həmrəyliyini hiss edirik, İran hökumətinin rəsmi bəyan edilmiş dəstəyini yüksək qiymətləndiririk. İran dövləti regionda sülhün bərqərar olunmasına öz töhfəsini əsirgəmir, sabitlik və təhlükəsizliyin təmin olunmasına tərəfdar çıxır. Azərbaycan xalqı dostunu və düşmənini yaxşı tanıyır. Azərbaycanın müstəqillik tarixinin bu taleyüklü dövründə xalqımıza və dövlətimizə dəstək verən, onun yanında olan bütün dövlətlərin və xalqların bu ədalətli münasibətlərini unutmayacaq”.

23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi
23 Oktyabr 2020 Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ
23 Oktyabr 2020 Təslim olan erməni hərbçi: “Başa düşdüm ki, döyüşməyə gəlməmişəm, qaçmalıyam”- VİDEO
22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı
19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Abşeronda COVİD-19 əleyhinə təbliğat işləri davam etdirilir
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı