b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_unnamed_5.jpg 18 sentyabr 2020-ci il tarixində Nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Missiya.Az xəbər verir ki,XİN-dən verilən məlumata görə, görüş zamanı Elena Aymone Sesseranın ölkəmizdəki fəaliyyətinin başa çatdığı bildirilib və Nümayəndəliyin yeni rəhbəri xanım Arian Bauer Nazir Ceyhun Bayramova təqdim edilib. Nazir Ceyhun Bayramov xanım Elena Aymonenin fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın BQXK ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən humanitar layihələri məmnunluqla qeyd edib. Nazir, həmçinin BQXK-nın Azərbaycandakı nümayəndəliyinin yeni rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, o cümlədən yüz minlərlə insanın fundamental hüquqlarının pozulmasından, işğalçı ölkənin beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini mütəmadi olaraq pozmasından və mülki şəxsləri və infrastrukturu hədəfə almasından danışan nazir, BQXK-nın bilavasitə mandatına daxil olan girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. O, Azərbaycanın humanitar hüququn normaları əsasında “hamının hamıya” prinsipi əsasında əsir və girovların dəyişdirilməsi mövqeyinin Ermənistan tərəfindən qəbul edilmədiyini vurğulayıb. BQXK-nın bu məsələnin həlli istiqamətində səylərinin artırılmasının vacibliyi qeyd olunub. Öz növbəsində, BQXK nümayəndələri öz mandatları çərçivəsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandıqlarını və ailələrinə bu xüsusda məlumat verdiklərini qeyd ediblər. Görüş zamanı nazir həmçinin BQXK nümayəndələrinə bölgədə yaşanan ən son gərginliklər və Ermənistan rəhbərliyinin məqsədyönlü təxribatçı və təhrikçi fəaliyyəti və münaqişənin danışıqlar yolu ilə həllinə ciddi xələl gətirməsi barədə məlumat verib.

31 Oktyabr 2020 Azərbaycan Ordusunun döyüş ruhunu göstərən - VİDEO
30 Oktyabr 2020 İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
30 Oktyabr 2020 Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30 Oktyabr 2020 Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Azərbaycanda yoluxanların sayı 1000-i keçdi
29 Oktyabr 2020 Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım
29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”