b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_photo_22666135.jpeg

“Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb".

Missiya.Az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

"Bildirirəm ki, qeyd olunan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşalma yoxdur.

Məlumat üçün qeyd edim ki, gündəlik olaraq Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.

Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”. (Report)



29 May 2020 Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ
28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
08 May 2020 Metro bu tarixdə fəaliyyət başlayır - RƏSMİ