b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1566897782_yais_700x390.jpg

Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Missiya.Az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 23-28, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

19 Noyabr 2019 Qaraçay-Çərkəz respublikasının müftisi ilə görüş olub - FOTOLAR
18 Noyabr 2019 Sabahın havası: Duman, yağış, külək olacaq
14 Noyabr 2019 Həbs olunanlardan biri Mədət Quliyevin işdən qovduğu rəisdir - FOTO
12 Noyabr 2019 Prezident millət vəkilini icra başçısı təyin etdi
08 Noyabr 2019 Metrodan qiymət artımı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB
07 Noyabr 2019 Qəribə təsadüf: Toyda doğulan azərbaycanlı, toyda da öldü - Adı da Toydadır
04 Noyabr 2019 Azərbaycanda canavarlar kəndə hücum etdi - ANBAAN VİDEO
01 Noyabr 2019 Azərbaycana qar yağdı - FOTO
31 Oktyabr 2019 Azərbaycanda 81 yaşlı icra başçısı istefa verdi - AUDİO
28 Oktyabr 2019 İlham Əliyev Ağdaş rayonunda
28 Oktyabr 2019 Rəşad Məcid: “Qələmsiz yazılanlar” həm də bəxt kitabıdır”
23 Oktyabr 2019 Nərmin Şahmarzadə ilə bağlı qərar verildi: Məhkəmə yekunlaşdı
21 Oktyabr 2019 Xalq artistinin həyat yoldaşı vəfat etdi
18 Oktyabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
17 Oktyabr 2019 Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
08 Oktyabr 2019 Novruz Məmmədov istefa ərizəsini Prezidentə təqdim edib
03 Oktyabr 2019 General Qasım Süleymaniyə qarşı sui-qəsdin qarşısı alınıb
26 Sentyabr 2019 Ali Məhkəmə "Meydan" TV-nin bloklanması barədə qərarı ləğv edib
26 Sentyabr 2019 Fədayə Laçın 12-ci dəfə də məhkəməyə gətirilmədi
19 Sentyabr 2019 Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı