b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_55cde6d5459b71.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq, bu gün Laçın rayonu Azərbaycana qaytarılır.

Missiya.Az xəbər verir ki, işğalçı Ermənistan silahlı qüvvələrinin Laçını tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.

Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizə, qəsəbələrimizə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri Ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.

Beləliklə, 10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın alıtncı bəndinə əsasən, 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonu Azərbaycan Respublikasına qaytarılır. Bununla da Azərbaycanın işğal altında olan daha bir rayonu qəsbkarlardan azad edilir və orada bayrağımız ucaldılacaq.

Qeyd edək ki, 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən Laçını işğal edib. Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Rayonun Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı mövcuddur. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü var. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ, qırqovul, kəklik qeydə alınıb.



16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
16 Yanvar 2021 Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
16 Yanvar 2021 Şahmar Mövsümov: "Hamımız peyvəndləməyə cəlb olunacağıq"
16 Yanvar 2021 SMS-icazə ləğv olunur
15 Yanvar 2021 İlham Əliyevin Şuşa səfəri erməniləri bir-birinə vurdu – “Bu artıq sondur”
15 Yanvar 2021 Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ
15 Yanvar 2021 Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi
14 Yanvar 2021 ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
13 Yanvar 2021 Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb
13 Yanvar 2021 COVID-19-la bağlı SON STATİSTİKA
12 Yanvar 2021 Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
12 Yanvar 2021 “Paşinyan “siyasi meyitdir”, İlham Əliyev yenə istədiyini aldı” – Erməni analitiklər
11 Yanvar 2021 Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
11 Yanvar 2021 Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu ötdü
11 Yanvar 2021 Bakıdan rayonlara gediş-gəliş bu tarixdə açıla bilər - DEPUTAT AÇIQLADI
09 Yanvar 2021 XİN: Ermənistanı atəşkəsə əməl etməyə, təxribata son qoymağa çağırırıq
09 Yanvar 2021 Milli Məclisə hücum edənlər güllələnsəydi... – ABŞ polisinin silahı da “demokratikdir”?
09 Yanvar 2021 Hündürlüyü iki metr olan "Şuşa" yazısı hazırdır
09 Yanvar 2021 Rusiya Donald Trampa yeni mübarizə meydanı təklif etdi - "Odnoklassniki"