b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dgdgdgfdgfghf.jpg

Azərbaycanla Ermənistan arasında sentyabrın 27-dən bəri davam edən ağır döyüşlər nəticəsində qarşı tərəfin hərbi və psixoloji gücü tam tükənib.

Buna sübut kimi düşmənin ciddi şəkildə müqavimət göstərdiyi Füzuli şəhərindən və rayonun bir sıra kəndlərindən geri çəkilmələrini göstərmək olar. Əlbəttə ki, Azərbaycan Ordusunun hərbi manevrləri qarşısında çıxılmaz vəziyyətdə qalan düşmənin bütün mövqelərindən geri çəkilməkdən başqa yolu yoxdur.

Prezident İlham Əliyevin xalqa son müraciəti zamanı Füzulidə gedən ağır döyüşlərdən danışarkən səsləndirdiyi fikirlər, Azərbaycan Ordusunun rayonun işğaldan azad edilməsi üçün həyata keçirdiyi əməliyyatın nə qədər böyük əhəmiyyətə malik olduğunu ortaya çıxarır.

Ölkə başçısından sitat: “Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fdgfdgfhfh.jpg

Müqavimət qabiliyyətini itirən Ermənistan ordusunda fərarilik halları artıb, ordu iflic vəziyyətə düşüb və düşmən əsgərləri artıq döyüşmək istəmir. Sosial şəbəkələrdə bu faktları sübut edən onlarla videogörüntü var. Həmçinin artıq Ermənistan əhalisi övladlarının başqasının torpağında döyüşüb ölməsinə etiraz edir. Müharibə başladıqdan sonra İrəvan küçələrinin birində polislərin gənc oğlanı ailəsindən alıb məcbur cəbhə bölgəsinə aparmasına aid kadrlar yayılıb. Görüntülərdən aydın olur ki, artıq Ermənistan cəmiyyətində cəbhə xəttindəki canlı qüvvə itkisinə etirazlar artır və valideynlər övladlarını Azərbaycan torpaqlarında döyüşmək üçün hərbi xidmətə yollamaq istəmir. Ermənistan hakimiyyəti ordudan yayınanları həbslə cəzalandırmaqla bağlı ciddi prosesə başlasa da, heç bir nəticə əldə edə bilməyib. Hazırda da fərarilik halları artmaqda davam edir. Əgər belə olmasaydı, xaricdə yaşayan erməni iş adamları, digər ölkələrdə yaşayan ermənilər və Birinci Qarabağ Müharibəsinin veteranları, qoca kişilər və yetkinlik yaşında olan uşaqlar ön cəbhəyə göndərilməzdi.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fedcert.jpg

Əlbəttə ki, Azərbaycan Ordusunun düşmənə vurduğu ağır zərbələr, Ermənistan hakimiyyətinin istəyib ala bilmədiyi beynəlxalq dəstək fonunda baş nazir Nikol Paşinyanın erməni xalqına etdiyi ard-arda müraciətlər zamanı “geri çəkilirik”, “itkilərimiz çoxdur” ifadələrini işlətməsi, cəmiyyətdə ruh düşkünlüyünün yaranmasına, silahı atıb qaçma prosesinin sürətlənməsinə səbəb oldu.

Proseslər göstərir ki, müharibənin başlamasına səbəbkar olan Paşinyan artıq ordusunun məğlubiyyəti ilə barışmağa doğru gedir.

Qarşı tərəfə ard-arda vurulan ağır zərbələr və Silahlı Qüvvələrimizin sürətlə irəliləməsi fonunda Ermənistan ordusunun artıq ağ bayraq qaldıraraq təslim olmağa hazırlaşdığı ehtimallarını artırır. Paşinyan anlayır ki, müharibə biraz da davam etsə, həm ordusuz, həm də hakimiyyətsiz qalacaq. Çünki İrəvan yalnız cəbhə xəttində deyil, eyni zamanda, ölkə daxilində ağır günlər yaşayır. Müharibədə milyardlarla dollarlıq silahlarını itirən Ermənistan hakimiyyəti ölkə daxilində sosial vəziyyətin gün keçdikcə daha da ağırlaşdığının fərqindədir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_fdfdfddfdfdgdg.JPG

Döyüş bölgəsindəki məğlubiyyətlər Paşinyana qarşı birləşən klanların, Qarabağ ermənilərinin, bir sıra müxalifət partiyalarının əlini gücləndirib. Artıq sadə əhalinin sosial problemlərlə bağlı etirazları siyasiləşir və devrilən "Qarabağ klanı"nın revanş götürməsi üçün ciddi zəmin yaranır.  

Düşmən artıq daxildə savaşmağa başlayır. Keçmiş prezidentlər Serj Sarkisyan və Robert Köçəryanın rəhbərlik etdiyi “Qarabağ klanı” revanş etmək üçün məğlubiyyətin günahkarını axtarır. “Qarabağ klanı”nın üzvü, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov açıqlamasında Paşinyanın məğlubiyyətə əsas səbəbkar olduğuna eyham vurub.

O bildirib ki, Paşinyan hökumətinə güclü ordu, etibarlı “Artsax Respublikası” təhvil verilib, ancaq indi məğlubiyyətlə üz-üzəyik.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_01-21-54.jpg

Ordunun ağır məğlubiyyəti və daxildəki ağır sosial vəziyyət Paşinyana ağ bayraq qaldırmaqdan başqa çıxış yolu qoymur. Artıq Ermənistanın baş naziri müxtəlif vasitələrlə, ayrı-ayrı vasitəşçilərin imkanlarından istifadə etməklə istifadə etməklə Prezident İlham Əliyevlə təmas qurmağa çalışır. Həmçinin məlumata görə, Ermənistan hakimiyyəti artıq Azərbaycan Prezidentinin şərtlərini qəbul etdiyini, işğal altında olan bütün ərazilərdən qoşunları çıxarmağa razılıq verdiyinə dair mesajlar ötürür.

Azərbaycanın əsas şərti isə torpaqlardan Ermənistan qoşunlarının çıxarılmasıdır. Paşinyan bu şərti qəbul etməklə həm ölkəsini, həm də öz hakimiyyətini xilas edə bilər. Prezident İlham Əliyev də çıxışlarında qeyd edib ki, Ermənistan ərazilərimizdən qoşunları çıxarmağa razılıq verərsə, hərbi əməliyyatlara son qoyulacaq.

Prezidentin son müraciətindən sitat:“...Onun-bunun ətəyindən yapışıb, onun-bunun ayağının altına yıxılıb imdad diləyirsən ki, Azərbaycanı durdurun. Azərbaycana deyin ki, daha dayansın. Çıx torpağımızdan dayanaq. Rədd ol torpağımızdan dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu bilir, beynəlxalq aləm də bunu deyir. Hər gün bunu deyirəm, çıx de ki, sabah mən buradan çıxıram, dayanırıq. Bizə qan tökmək lazım deyil. Bizə torpaq lazımdır. Biz bu torpağı istənilən yolla alacağıq. Hər kəs bunu bilsin. Artıq son günlərin tarixi bunu göstərir. Azərbaycan xalqını təhqir etmək sizə çox baha başa gəlir, Ermənistan rəhbərliyi, çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_eba7cd3c483782d7efa0b14f556286ce_1.jpg

Müharibə uzanır, Ermənistan ordusu hər gün həm hərbi texnika, həm də canlı qüvvə baxımından itkilər verir. Ağır məğlubiyyətlərlə geri çəkilən Ermənistan ordusunun uğursuzluqları istər-istəməz erməni cəmiyyətini qıcıqlandırır. Artıq Paşinyan anlayır ki, Ermənistanda siyasi, iqtisadi, sosial və hərbi böhran başlayıb və hər gün dərinləşir.

Ermənistanın baş naziri daxildəki siyasi böhranın dərinləşməməsi, döyüş meydanında daha ağır məğlubiyyətə uğramamaq üçün Azərbaycanın istənilən şərtini qəbul etməyə məcburdur. Proseslər göstərir ki, Paşinyan yaxın müddət ərzində təslim olduğunu elan edəcək və qoşunların Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı konkret qrafikin hazırlanacağı ilə bağlı  bəyanat yayacaq.


Missiya.Az


22 Oktyabr 2020 Hikmət Hacıyev ermənilərin 3 rayonu atəşə tutmasından yazdı
22 Oktyabr 2020 İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib
22 Oktyabr 2020 Azərbaycanda PUA-ya “İti qovan” adı verildi - FOTO
22 Oktyabr 2020 Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu
22 Oktyabr 2020 Düşmən Füzulini atəşə tutur - RƏSMİ
22 Oktyabr 2020 Ermənistan ordusu vacib yüksəklik və bir sıra mövqelərdən geri çəkildi - RƏSMİ
21 Oktyabr 2020 Emin Hüseynov: "Şuşada Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər?"
21 Oktyabr 2020 Paşinyan Ermənistan əhalisini silahlanmağa çağırdı
21 Oktyabr 2020 Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
21 Oktyabr 2020 Ceyhun Bayramov Lavrovla görüşdü
21 Oktyabr 2020 Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti hərbi texnikalar - VİDEO
21 Oktyabr 2020 Gəncədə terror qurbanlarının yaxınlarına təqaüd bu qaydada veriləcək
21 Oktyabr 2020 Ceyhun Bayramov Rusiyaya getdi
21 Oktyabr 2020 Ermənistanın 556-cı alayının taboru sıradan çıxarıldı
21 Oktyabr 2020 Ordumuz düşməni belə məhv etdi - VİDEO
21 Oktyabr 2020 Prezidentin köməkçisi Ermənistanın müharibə cinayətləri barədə statistikanı açıqladı
21 Oktyabr 2020 Tərtər rayonu atəşə tutulur - RƏSMİ
21 Oktyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
21 Oktyabr 2020 Dünyada koronavirusa yoluxanların sayı 41 milyonu keçdi - STATİSTİKA
21 Oktyabr 2020 Koronavirusa qarşı peyvəndin kimlərə faydasız olduğu açıqlandı