b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600671024_xarici-isler-nazirliyi2.jpg
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikası Prezidentinin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində yerli KİV-ə müsahibəsi ilə bağlı Ermənistan XİN-in açıqlamasını şərh edib.

Missiya.Az xəbər verir ki, L.Abdullayeva qeyd edib ki, prezident cənab İlham Əliyev bu ilin 19 sentyabr tarixində “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı yerli KİV-ə müsahibəsində hər zamankı kimi tarixi həqiqətləri əks etdirən və real faktlara əsaslanan tutarlı cavabları ilə Ermənistanın təcavüzkar siyasətini və bu ölkə rəhbərliyinin həqiqi simasını ifşa etdi. Ermənistan XİN-in bu xüsusda yaydığı ənənəvi saxta və riyakar açıqlama isə bu ölkənin acı həqiqətləri hələ də qəbul etmək iqtidarında olmadığını nümayiş etdirir.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini heçə sayaraq təcavüzkar siyasət yürüdən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərini hərbi işğal altında saxlayan və işğal etdiyi ərazilərdə etnik təmizləmə həyata keçirən, bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir ki, dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törədən bir ölkədir.

Bu ölkənin öncəki kriminal xunta rejimi kimi, hazırkı təxribatçı rəhbərliyi də bölgədəki vəziyyəti və ətrafda cərəyan edən hadisələri düzgün qiymətləndirmək və öz xalqının maraqlarını təmin etməkdən çox uzaqdır. Təəssüf doğuran bir haldır ki, milli maraqlar əsasında müstəqil siyasət yürütmək, bölgədə sülh, təhlükəsizlik və rifahın verə biləcəyi faydanı dərk etmək hələ də Ermənistana nəsib olmayıb.

Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır və beləliklə də elə Ermənistanın səbəbkarı olduğu münaqişəni danışıqlar yolu ilə həll etmək imkanını heçə endirir.

Ermənistan Baş nazirinin danışıqlar prosesinin formatını dəyişdirmək cəhdləri, danışıqlarla bağlı əsassız qeyd-şərtlər irəli sürməsi, 2019-cu ilin avqustunda səsləndirdiyi cəfəng bəyanatı, 2020-ci ilin 12-16 iyul tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın mövqelərinə hücumu, 23 avqust tarixində Ermənistanın diversiya-kəşfiyyat qrupunun təxribat cəhdi, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin nümayişkaranə şəkildə həyata keçirilməsi və digər bu kimi təxribatlar münaqişənin siyasi həllinə birbaşa zərbədir və bunun məsuliyyəti bilavasitə Ermənistan rəhbərliyinin üzərindədir. 


29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO