b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_eldar_hasanov_130820_01.jpg

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir.

Missiya.Az Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən xəbər verir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.


29 Sentyabr 2020 XİN: Azərbaycan Ordusu əks-hücumlarda beynəlxalq humanitar hüquqa tam və qətiyyətlə riayət edir
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub"
29 Sentyabr 2020 Xankəndi təcili boşaldılır - Rusiya mətbuatı məlumat yaydı
29 Sentyabr 2020 Şəhid anasından Ali Baş Komandana müraciət - VİDEO
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: “Ermənistan ordusunun polkovniki məhv edilib”
29 Sentyabr 2020 MN: “Ermənistan ordusunun alayı darmadağın edilib”
29 Sentyabr 2020 Hikmət Hacıyev: "Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı"
29 Sentyabr 2020 Erməni özünü ifşa etdi: Suriyadan gətirilən terrorçunun videosunu yaydı - FOTO
29 Sentyabr 2020 Füzulinin azad olunması uğrunda hücum başlayıb
28 Sentyabr 2020 Xankəndidə həyəcan siqnalı verilir - VİDEO
28 Sentyabr 2020 Ərdoğandan Qarabağla bağlı sərt çıxış: "Soruşurlar ki, türk əsgəri buradadırmı?" - VİDEO
28 Sentyabr 2020 Qismən səfərbərliyə kimlərin cəlb olunacağı açıqlandı
28 Sentyabr 2020 Vilayət Eyvazov komendant təyin olundu - Prezidentdən sərəncam
28 Sentyabr 2020 Prezidentin köməkçisi “Al Jazeera” telekanalına cəbhədəki vəziyyətlə bağlı müsahibə verdi - VİDEO
27 Sentyabr 2020 Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi - VİDEO
27 Sentyabr 2020 Paşinyan Qarabağdakı ermənilərə müraciət etdi: Ermənistana Qaçın!
27 Sentyabr 2020 Milli Məclis hərbi vəziyyət elan edilməsi ilə bağlı sənədi qəbul etdi
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 “Biz zəfər çalacağıq!” - Ali Baş Komandan
27 Sentyabr 2020 Azərbaycan Ordusu bu istiqamətlərdə irəliləyir - RƏSMİ AÇIQLAMA