b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_cdcvvccvcvcvcv.JPG

Məlumat verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Missiya.Az xəbər verir ki, bununla əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətləri və struktur bölmələri tərəfindən aidiyyətli qurumlarla birlikdə çimərliklərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazımi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyətli qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar.

Reydlər nəticəsində aşkar edilmiş çatışmazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanıb, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin “Şıx” çimərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıların həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilib.

Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb, onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır.

Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcəkdir.

Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1597148490_003.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1597148461_mg-20200811-wa0012.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_1597148411_002.jpg

29 Sentyabr 2020 İran Ermənistana silah göndərir? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədən görüntülər yaydı - VİDEO
29 Sentyabr 2020 “Diaspor Marşı” - Qarabağ uğrunda bir olaq! – YENİ LAYİHƏ
29 Sentyabr 2020 Köçəryan və Ohanyan Qarabağa gəldi - Düşmən təşviş içindədir
29 Sentyabr 2020 Müdafiə Nazirliyi: "Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb"
29 Sentyabr 2020 “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ
29 Sentyabr 2020 “Düşmənin Ağdərə istiqamətində müqaviməti qırılıb” - VİDEO
28 Sentyabr 2020 Ermənistan ordusu general və iki polkovnikini itirdi
28 Sentyabr 2020 DİN-dən komendant saatı ilə bağlı XƏBƏRDARLIQ - DETALLAR AÇIQLANDI
28 Sentyabr 2020 Hulusi Akardan Ermənistana sərt xəbərdarlıq: "Muzdlu əsgərləri geri çəkin!"
28 Sentyabr 2020 Zod-Kəlbəcər yolu bağlandı - Ermənilər təlaş içində
28 Sentyabr 2020 “Kompromisə hazırıq” - İrəvan “ağ bayraq” qaldırdı
28 Sentyabr 2020 Müdafiə Nazirliyi Ermənistanın itkilərini açıqladı
28 Sentyabr 2020 Daha bir yüksəklik AZAD EDİLDİ - SON DƏQİQƏ - VİDEO
27 Sentyabr 2020 Diaspor Komitəsindən xaricdə yaşayan azərbaycanlılara müraciət
27 Sentyabr 2020 “Düşmən yerinə otuzdurulur” - Hikmət Hacıyev
27 Sentyabr 2020 İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
27 Sentyabr 2020 Xalq prezidentin ətrafında ordu kimi birləşib, qələbə bizimdir" - Ramin Əhmədov
27 Sentyabr 2020 Prezident İlham Əliyev xalqa müraciət etdi
27 Sentyabr 2020 Müdafiə Nazirliyindən cəbhədəki ağır döyüşlərlə bağlı açıqlama - RƏSMİ