b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_e20872de-e784-3838-b4b3-942688ed6005.jpg

Xəbər verdiyimiz kimi, bu gündən etibarən "icaze.e-gov.az" portalından alınan bütün elektron icazələr silinib.

Missiya.Az xəbər verir ki, bu “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi”ndə tətbiq edilən bir sıra yeniliklərlə bağlıdır.

Fəaliyyətinə icazə verilmiş bir sır sahələrdə çalışan insanlar portaldan qeydiyyatdan keçmək istəsələr də problemlə üzləşiblər. Onların iddiasına görə, sistem daxil edilən məlumatları tanımır.

“ASAN Xidmət”in 108 çağrı mərkəzindən isə bildirilib ki, hazırda saytda texniki problem mövcuddur və saat 12:00-dək aradan qaldırılacaq.

Amma həmin saatdan sonra da problem mövcud olub. 108 çağrı mərkəzindən "Report"a bildirildi ki, hazırda "icaze.e-gov.az" portalında yenidən texniki problem yaşanıb və onun aradan qaldırılması üçün müvafiq işlər görülür.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə "Report"a açıqlamasında portalda heç bir texniki problemin olmadığını qeyd edib:

“Sistemdə problem yoxdur. Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi tərəfindən tənzimlənmələr var. Həmin şirkətlər, qurumlar bununla, xüsusi ilə də iş yerlərinin tənzimlənməsi ilə bağlı Nazirlər Kabinetinin yanında Operativ Qərargaha və İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər”.

“Report” 



07 Avqust 2020 “Gəmiyə Kəlbəcər adının verilməsi mühüm hadisədir” – Kəlbəcərli deputat
06 Avqust 2020 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
04 Avqust 2020 Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04 Avqust 2020 Ziyarətgaha gedənlər cərimələndi
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı – SON DƏQİQƏ
03 Avqust 2020 Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
30 İyul 2020 Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
29 İyul 2020 Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib
29 İyul 2020 Jurnalist kitabının çapı üçün kömək istədi - Müraciət
29 İyul 2020 Hərbçimiz bəd­bəxt hadisə nəticəsində vəfat etdi
29 İyul 2020 İlham Əliyev İsmayıllıda - FOTO
28 İyul 2020 Baş Nazir Əli Əsədovdan yeni QƏRAR
28 İyul 2020 Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
27 İyul 2020 "Dinamik inkişafı təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir" – QHT SƏDRİ
26 İyul 2020 Cəbhədə vəziyyət necədir? - RƏSMİ
25 İyul 2020 Bu tarixlərdə ictimai nəqliyyat işməyəcək - RƏSMİ
24 İyul 2020 Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
24 İyul 2020 Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır
24 İyul 2020 Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı
24 İyul 2020 Günümüzün qəhrəmanları - Biz birlikdə güclüyük! - Esmira İsmayılova yazır