b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_ddfdgdgfgfg.jpg

Prezident İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı Ermənistan hakimiyyəti barədə səsləndirdiyi ifşaedici faktlar, tənqidi fikirlər həm Ermənistanda, həm də Azərbaycandakı bəzi siyasi qrupları narahat edib.


Kimlər Azərbaycan prezidentinin ifşaedici faktlarla əhatələnən çıxışından narahat olub?

Ermənistan hökuməti; 

Ermənistan mətbuatı;

Milli Şura-nın rəhbərləri; 

Xaricdə yaşayan və Azərbaycan əleyhinə kampaniya aparan bəzi “mühacirlər”.

Onları narahat edən prezident İlham Əliyevin çıxışı zamanı faktlara əsaslanması, keçmiş Ermənistan prezident Serj Sarkisyanla indiki baş nazir Nikol Paşinyanın idarəçiliyi arasında heç bir fərqin olmaması barədə səsləndirdiyi fikirlərdir. 

Ölkə başçısının çıxışından sitat: “Onların qəhrəmanları cinayətkardır, onların prezidentləri rüşvətxordur. İndiki hakimiyyət bunları açdı-tökdü. Onsuz da biz bunu bilirdik, indi bütün dünya bunu bilir. Yəni, belə çıxır ki, 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, rüşvətxor və cinayətkarlar rəhbərlik edib. Bu ölkəyə nə ad vermək olar? Hələ 30 il yoxdur, guya müstəqil ölkə kimi yaşayır, əgər 20 il quldurlar rəhbərlik edibsə, nə ad vermək olar - quldur ölkəsi, cinayətkar ölkəsi. Yaxşı, baxaq görək, 2018-ci ildən bu yana nə baş verib. Guya orada demokratik inqilab olub. Hamısı yalandır. O pullar oraya haradan axıdılıb, biz bunu bilirik, yəqin ki, erməni xalqı da bilir. İndiki hakimiyyət hansı xarici dairələrdən idarə olunur, bunu hər kəs bilir. Sadəcə olaraq, indiki rəhbərlərin tərcümeyi-halına baxın, görün bunlar hansı fondlarda işləyiblər, kimdən pul alıblar. Postsovet məkanında həmin dırnaqarası inqilabları, əslində, qanlı çevrilişləri təşkil edənlər indiki Ermənistan rəhbərlərinin himayədarlarıdır. Onları idarə ediblər və əlbəttə ki, xalqda o çirkin kriminal, xunta rejiminə nifrət böyük idi. Ondan istifadə edib hakimiyyəti zəbt ediblər. Ondan sonra nə baş verir? Ondan sonra hazırda Ermənistanda artıq diktatura hökm sürür. Bu, qaçılmaz faktdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_cvcvvdfssdsd.jpg

Erməni mediasının və siyasi dairələrinin davranışlarını başa düşmək olar. Bəs Milli Şura niyə Paşinyanın əməllərini ört-bastır etməyə çalışır? Onları birləşdirən nədir?

Diqqət edin: Prezident İlham Əliyev Paşinyanın Ermənistanda yürütdüyü avtoritar xətti, əvvəl elan etdiyi siyasətə əks olaraq həyata keçirdiyi repressiv tədbirləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçılıq siyasətini davam etdirməsini tənqid edir, Milli Şuranın sədri Cəmil Həsənli dərhal efirə çıxıb Paşinyanın müdafiəsinə start verir və heç bir xəcalət çəkmədən deyir ki, Ermənistanın baş naziri “çox təmiz adamdır”. Görəsən Cəmil Həsənli Paşinyanın təmizlik göstəricilərini hansı meyarlarla ölçüb? Onda bu əminlik haradandır? Erməni baş nazirin şəxsinə bunca rəğbət hissi nədən qaynaqlanır?.. Cəmil müəllimi nələr və ya kimlər vadar edir ki, Azərbaycan Prezidentinin sərt və haqlı ittihamlarının ardınca canlı yayıma çıxıb Ermənistanın baş nazirini müdafiə edir? Bu ahıl yaşında bu qədər aşağılıq nümunələri sərgiləmək onun nəyinə lazım? Fərqində deyilmi ki, erməniləri bu qədər həvəslə və açıq formada müdafiə etməsi onun və ümumən Milli Şuranın erməni dairələri ilə əlaqələri barədə səslənən ittihamları daha da gücləndirir, əsassız olmadığını göstərir? Görünür indi də bunlardan açıq oynamaq, bütün kartları ortaya qoymaq tələb olunur... Yazıqlar olsun! Başqa nə deyək?..

İndi təsəvvür edin ki, bu xain dəstəsi Azərbaycanda hakimiyyətə gəlir? Sizcə nələr baş verər? Tamamilə doğrudur, Azərbaycanın maraqlarını uf demədən düşmənə satacaq, o vaxt təslim etdikləri torpaqları bu dəfə rəsmi şəkildə ermənilərə peşkəş edəcəklər. Bu adamların başqa bir məqsədi yoxdur. Dövləti dağıtmaq, milli maraqları xarici dairələrin ayaqları altına atıb sərvət toplamaqdan başqa bir hədəfləri yoxdur. Nə xalqı düşünürlər, nə də ölkənin taleyini. Ermənistan rəhbərliyinə bəslədikləri məhəbbət onların xəyanətkar niyyətlərini açıq şəkildə ortaya qoyur.

Milli Şurada cəm olanların və AXCP başbilənlərinin şər və böhtanla məşğul olduqları əvvəldən hamıya bəllidir. Sadəcə dünənə qədər bunu inkar edir, ittihamları qəbul etmək istəmir, “xalq üçün” çalışdıqlarını bəyan edirdilər. Artıq nəyisə gizlətməyə ehtiyac görmürlər. Məsələn, Qənimət Zahid “Zoom” qeybətxanasındakı “iclasda” deyir ki, onların işi hökuməti şərləməkdən ibarətdir. Belə yerdə deyirlər ki, islanmışın yağışdan qorxusu olmaz. Bu adamların çirkab içində olduqlarını artıq hamı bilir. Onlayn iclaslarında söyüş də səslənib, başqa siyasi təşkilat və onların təmsilçilərinin ünvanına ağır təhqirlər də dilə gətirilib. Qeybətdən başqa əllərindən bir şey gəlmədiyini xeyli əvvəldən nümayiş etdiriblər. Hətta Azərbaycan neftinin 14 dollarla düşməsini də bayram sevinci ilə qarşılayıb, buna şaqqanaq çəkərək gülüblər. Hətta ağsaqqalları Cəmil Həsənli qiymətin daha da aşağı düşməsini arzuladığını da gizlətməyib. Tipik erməni xisləti, düşmən yanaşması... Daha bütün bunlardan sonra Qənimət Zahid gördükləri işin adını niyə gizlətsin ki? Özünü iqtisadçı kimi təqdim edən Vahid Məhərrəmli təkliflərinin boş və mənasız olduğunu niyə etiraf etməsin ki? Yaramazlığa diqqət edin: “Bekarçılıqdı, "tema" da yoxdu, gəlin biz hökumətdən karantinə görə bu dəfə 500 manat tələb edək, nəyə görə tələb edək, bilirik onsuz da verməyəcəklər, amma xalq görməlidir ki, biz bu xalqın qayğısını çəkirik, qeydinə qalırıq”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_-dc9fa5f2159350183925641931911106130.jpg


Səviyyəsizliyin ən müxtəlif formalarını nümayiş etirən adamlardan başqa nə gözləmək olar ki? Onların bəzilərini online iclaslar zamanı maykada görüntülənməsində, birinin uzanıqlı halda yayıma qoşulmasında, başqa birinin bekarçılıqdan burnunu eşməsində, digərinin isə əsnəməsində qeyri-adi heç nə yoxdur. Belələrindən ağıryanalıq, ağıllı və əsaslandırılmış fikirlər gözləməyə dəyməz. Bu adamların bacardığı ancaq bir iş var ki, onu da Qənimət Zahid açıqladı: “Bizim işimiz hökuməti şərləmkdən ibarətdir”.

Maskaları çırılıb!

Daha onların nağıllarına heç kəs inanmır!

Missiya.Az

 
 
 


13 İyul 2020 "Xaotik təşəbbüslərə yol vermək olmaz" - Qənirə Paşayeva
13 İyul 2020 İIham Əliyev rəsmi İrəvanı küncə sıxışdırır - Düşmənin təxribat cəhdi və çoxsaylı itkiləri
13 İyul 2020 Daha bir həkim koronavirusdan öldü - FOTO
13 İyul 2020 Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb
13 İyul 2020 Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”
13 İyul 2020 Prezident İlham Əliyev: "Hərbçilərimizin qisası alındı" - VİDEO
13 İyul 2020 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclas keçirilib
13 İyul 2020 Qriqori Trofimçuk: “Paşinyan açıq şəkildə müharibəyə təhrik edir”
12 İyul 2020 İtki verən düşmən geri oturdulub, şəhidlərimiz var
12 İyul 2020 Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi
11 İyul 2020 Mehriban Əliyeva daha bir şəhid ailəsinə dəstək oldu - VİDEO
11 İyul 2020 Prezidentin köməkçisi ictimai nəqliyyatdan istifadə edir - Kartını göstərdi - FOTO
10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi