b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_karantin.jpg

Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Missiya.Az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.

Bununla yanaşı, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadılır.

Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib:

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olunur;

Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla);

Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verilir;

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata keçirilir (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);

Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.



11 İyul 2020 Baş Nazir bağlanmış banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərdi
11 İyul 2020 Bakı Nəqliyyat Agentliyinin səlahiyyətləri artırıldı
10 İyul 2020 BDU-i və Yasamal Rayon İH-i onlayn tədbir keçirib - FOTOLAR
10 İyul 2020 Siyəzəndə SMS icazə olmadan küçəyə çıxanlar cəzalandırıldı - FOTO
10 İyul 2020 Vilayət Eyvazovdan yeni əmr
09 İyul 2020 Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ
09 İyul 2020 “XXI Əsrin Qadınları” insan alverinə qarşı layihənin icrasına başlayr
09 İyul 2020 Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı - FOTO
09 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
08 İyul 2020 Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq - RƏSMİ
08 İyul 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma
08 İyul 2020 Azərbaycanda yas mərasimi yarımçıq dayandırıldı - FOTO
07 İyul 2020 Bakıda maşını 180 km sürətlə sürən qadın saxlanıldı
07 İyul 2020 Azərbaycanda baş həkim COVID-19-a yoluxub
07 İyul 2020 Azərbaycanda polkovnik-leytenant vəfat etdi - FOTO
07 İyul 2020 Azərbaycanda daha bir telekanalın əməkdaşları koronavirusa yoluxdu
06 İyul 2020 BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
05 İyul 2020 "İcaze.e-gov.az" portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05 İyul 2020 Bu gündən növbəti iki həftəlik sərt karantin rejimi başlayır
03 İyul 2020 Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı - AÇIQLAMA