b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1585203525_file-20200122-117917.jpg

Koronavirusa yoluxan ilk şəxsin kimliyi artıq müəyyən olunub.

Missiya.Az xəbər verir ki, bu barədə "RİA Novosti” Çin mətbuatına istinadla xəbər yayıb.

Bildirilir ki, Vey soyadı olan qadın Uhan şəhərində "Hunan” bazarında canlı xərçəng satıcısı işləyib. 2019-cu ilin dekabrın 11-də naməlum səbəbdən onun temperaturu yüksəlib və o, klinikaya müraciət edib.

Satıcının sözlərinə görə, adətən, soyuqdəymə zamanı o, xəstəxanaya müraciət edir, orada ona iynə vurulur, səhəri isə onun vəziyyəti düzəlirdi.

Lakin həmin vaxt hətta iki iynə belə ona kömək etməyib. Dekabrın 16-da Vey Xuaçjun Elm və Texnologiyalar Universitetinin "Sehe” xəstəxanasına müraciət edib.

Sonradan məlum olub ki, o, "Hunan” bazarında koronavirusa yoluxduğu təsdiqlənmiş ilk şəxsdir. Ehtimal edilir ki, məhz bu bazar infeksiyanın yayılmasının mənbəyi olub. Lakin mütəxəssislər hələ də müəyyən edə bilməyib ki, virus necə və hansı vəziyyətdə daşıyıcı heyvandan insana keçə bilib.

Dekabrın 31-də Uhan Səhiyyə Komitəsi ilk yoluxma qrupunda 27 nəfərin olduğunu bəyan edib. Jurnalistlər həmin şəxslərin siyahısını araşdırarkən onlardan 24-nün "Hunan” bazarı ilə əlaqəli olduğunu öyrəniblər. 

Çin KİV, eyni zamanda, "Hunan”la əlaqəsi olmadığı halda yoluxan ilk şəxsi müəyyən edib. Məlum olub ki, ötən ilin dekabr ayının 16-da Çen soyadlı kişinin temperaturu yüksəlib və o, Uhan yaxınlığında xəstəxanaya müraciət edib. O vurğulayıb ki, ailə üzvləri, həmçinin, onu xəstəxanaya aparan şəxs sağlamdır.



11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb - FOTO
11 Avqust 2020 “Karabakh Is Azerbaijan” platforması erməni yalanları ilə mübarizəyə başladı
11 Avqust 2020 Oğuza istirahətə gedənlər cərimələndi
11 Avqust 2020 Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO
11 Avqust 2020 Bu gündən “Gənclik” metro stansiyasının vestibülü açıq olacaq
11 Avqust 2020 Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı
11 Avqust 2020 Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı açıqlama
11 Avqust 2020 Bill Qeyts dünyanın koronavirusdan qurtulacağı tarixi açıqladı
11 Avqust 2020 Nəvələrinə ad günü keçirən babalar saxlanıldı
10 Avqust 2020 İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi
10 Avqust 2020 Azərbaycanda 1 həftəyə koronavirus belə azalıb
10 Avqust 2020 Yevlaxda qanunsuz fəaliyyət göstərən çayxana aşkar edilib
10 Avqust 2020 Lukaşenkonun rəqibinin neçə faiz səs topladığı açıqlandı
10 Avqust 2020 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
10 Avqust 2020 Şəhid general Polad Həşimovun yaşadığı bina təmir olunur - VİDEO
10 Avqust 2020 Bu gündən əlavə avtobuslar xəttə buraxılacaq
10 Avqust 2020 Bu gündən bəzi iş yerləri fəaliyyətini bərpa edir – SİYAHI
09 Avqust 2020 Livanlılar küçələrə axışdı: Ya Ərdoğan... - VİDEO
08 Avqust 2020 Əli Əsədov nazirləri topladı: Nəzarət gücləndirilir - FOTO
08 Avqust 2020 Prezident Şahbaz Muradovu təltif etdi