b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_Screenshot_140.png
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli və Bolnisi rayonlarında koronavirusun yayılma riski ilə əlaqədar sərt karantin rejimi elan edilib. 

Missiya.Az
Modern.Az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə məlumat verib. Bildirib ki, karantinlə əlaqədar həmin rayonlara giriş-çıxış məhdudlaşdırılır, bütün obyektlər bağlanılır və əraziyə yalnız tibbi vasitələr və ərzağın gətirilməsinə icazə verilir. Baş nazir qeyd edib ki, sözügedən rayonlarda yalnız kritik infrastruktur obyektlərinin fəaliyyətinə icazə veriləcək. Məhdudiyyətin rayonların daxili nəqliyyatına və insanların sərbəst hərəkətinə də tətbiq ediləcəyi, yalnız qida və tibbi vasitələr əldə etmək üçün hərəkətə icazə veriləcəyi bildirilib. Bundan başqa həkimlərin protokoluna əsasən rayon sakinlərinə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmağa davam etmələri üçün imkan yaradılacağı qeyd olunub.

 
Baş nazir bildirib ki, Marneulidə yoluxma təsdiqlənmiş qadının virusa hansı mənbədən yoluxması müəyyən edilməyib,  bu isə  artıq ölkədə daxili yoluxmaların baş verməsini göstərir. 

“Epidemoloqlara görə, yoluxma onlarla insanın iştirak etdiyi ritual zamanı baş verib. Biz artıq onunla təmasda olan 90 nəfəri müəyyən etmişik, ancaq bu heç bir məna ifadə etmir, vəziyyət çətindir. Bu, artıq daxili yoluxmaların qeydə alınmasıdır. Hər zaman bu mərhələyə hazır olmağa çalışırdıq. Bununla belə, bütün hazırlıqlara baxmayaraq vəziyyət çox çətindir”, - deyə G. Qaxaria bildirib. 

Həmin rayonlarda sərt karantin vəziyyətinin idarə edilməsi isə Baş nazirin müşaviri Sozar Subariyə tapşırılıb. 

Hökümətin qərarından sonra karantin elan olunan rayonlarda  hərbi texnikalar, habelə çadır və xüsusi texnika yüklənmiş onlarla nəqliyyat vasitəsi yerləşdirilib.

Ölkənin Müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, Qurumlararası Kordinasiya Şurasının qərarına əsasən Müdafiə Nazirliyi sərt karantin rejimində koronavirusun yayılma riskinin azaldılması məqsədi ilə Marneuli və Bolnisidə profilaktik tədbirlərin görülməsi prosesində iştirak edəcək. Bundan başqa hərbi bölmələr Bolnisi və Marneulidə  xüsusi buraxılış məntəqələrinin mühafizəsini təşkil edəcək. 

Qeyd edək ki, ötən gün Marneuli rayonunda 54 yaşlı azərbaycanlı qadında koronavirusa yoluxma təsdiqlənib. Həmin qadının virusa hansı şəraitdə və kimdən yoluxmasını müəyyən etmək mümkün olmayıb. 



09 Aprel 2020 Azərbaycan diasporu Rusiyada sosial aksiyaya başladı - VİDEO
09 Aprel 2020 Prezident bu Agentliyə 97 milyon manat ayırdı - SƏRƏNCAM
09 Aprel 2020 Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Mərkəzi Bank sədrindən kreditlərlə bağlı - ŞAD XƏBƏR
08 Aprel 2020 Aprelin 20-dən sonra karantin rejimi artırıla bilərmi? - RƏSMİ AÇIQLAMA
08 Aprel 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
07 Aprel 2020 Missiya.Az-ın YAP Nizami RT ilə birgə aksiyası davam edir - FOTOLAR
07 Aprel 2020 Azərbaycanda daha 76 nəfər koronavirusa tutuldu 1 nəfər ölüb - SON DƏQİQƏ!
07 Aprel 2020 Evlər ucuzlaşmağa başlayıb - Əmlak bazarı nə vaxt bərpa olunacaq?
07 Aprel 2020 ŞAD XƏBƏR! Dövlət daha bir güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir
06 Aprel 2020 İlham Əliyev əfv sərəncamı imzaladı
06 Aprel 2020 Azərbaycanda 13 nəfər metil spirtindən zəhərlənib, onlardan 8-i ölüb - VİDEO
06 Aprel 2020 Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb
06 Aprel 2020 Azərbaycanda məşhur din xadimi vəfat etdi - SON DƏQİQƏ
06 Aprel 2020 Koronavirus xəstələrinin adı niyə açıqlanmır? - TƏBİB-dən cavab
05 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bazar günü də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ
04 Aprel 2020 Nazirlər Kabinetindən koronavirusla bağlı VACİB AÇIQLAMA
03 Aprel 2020 Əli Əhmədov: “Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir”