b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1213221323123333211.jpg

Daxili İşlər Nazirliyi (DİN) Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanılmasına münasibət bildirib.

Missiya.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Report”a sorğusuna cavab olaraq bildirib ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi “Toyota Corolla” markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub:

“Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”.

E.Zahidov qeyd edib ki, faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb, T.Yaqublu şübhəli şəxs qismində saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü E.Cəbrayılov və onun həyat yoldaşı C.Cəbrayılova isə iş üzrə zərərçəkmiş qismində tanınaraq dindiriliblər.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

“Tofiq Yaqublu oxşar əməllərinə görə daha əvvəl üç dəfə həbs edilib”, - E.Zahidov əlavə edib.



09 Aprel 2020 Azərbaycan diasporu Rusiyada sosial aksiyaya başladı - VİDEO
09 Aprel 2020 Prezident bu Agentliyə 97 milyon manat ayırdı - SƏRƏNCAM
09 Aprel 2020 Siyavuş Novruzov: Utanmasalar, deyərlər ki, koronavirusu Azərbaycan yaradıb
09 Aprel 2020 Faiq Əmirli karantin qaydalarını pozduğu üçün həbs edildi
09 Aprel 2020 Mərkəzi Bank sədrindən kreditlərlə bağlı - ŞAD XƏBƏR
08 Aprel 2020 Aprelin 20-dən sonra karantin rejimi artırıla bilərmi? - RƏSMİ AÇIQLAMA
08 Aprel 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı artdı
07 Aprel 2020 Missiya.Az-ın YAP Nizami RT ilə birgə aksiyası davam edir - FOTOLAR
07 Aprel 2020 Azərbaycanda daha 76 nəfər koronavirusa tutuldu 1 nəfər ölüb - SON DƏQİQƏ!
07 Aprel 2020 Evlər ucuzlaşmağa başlayıb - Əmlak bazarı nə vaxt bərpa olunacaq?
07 Aprel 2020 ŞAD XƏBƏR! Dövlət daha bir güzəşt edə bilər - bu borcların silinməsi gözlənilir
06 Aprel 2020 İlham Əliyev əfv sərəncamı imzaladı
06 Aprel 2020 Azərbaycanda 13 nəfər metil spirtindən zəhərlənib, onlardan 8-i ölüb - VİDEO
06 Aprel 2020 Naxçıvanda indiyədək 18 nəfərdə koronavirus aşkarlanıb
06 Aprel 2020 Azərbaycanda məşhur din xadimi vəfat etdi - SON DƏQİQƏ
06 Aprel 2020 Koronavirus xəstələrinin adı niyə açıqlanmır? - TƏBİB-dən cavab
05 Aprel 2020 Missiya.Az-ın yardım aksiyası bazar günü də davam etdirilib - FOTOLAR
04 Aprel 2020 Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı - SON DƏQİQƏ
04 Aprel 2020 Nazirlər Kabinetindən koronavirusla bağlı VACİB AÇIQLAMA
03 Aprel 2020 Əli Əhmədov: “Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir”