b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_9aa57c0e-8a59-4c40-8dff-ba2bc111aba0.jpg

"2019-cu ilin rəqəmləri göstərir ki, şikayətlərin sayı 2018-ci illə müqayisədə Xətai, Yasamal, Yevlax, Ağdam, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Gədəbəy, İmişli, Laçın, Neftçala, Salyan, Şamaxı, Şəmkir, Zərdab, digər şəhər və rayonlardan artıb, Sabunçu, Daşkəsən, Göygöl, Hacıqabul və başqa rayonlardan azalıb".

Missiya.Az xəbər verir ki, bu fikirlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində yer alıb.

Qeyd olunub ki, şikayətlərin təhlili və onlara obyektiv baxılması dövlət qurumlarında biganəliyin, süründürməçiliyin qarşısını almağa kömək etdiyinə görə bu müraciətlər daha diqqətlə öyrənilir: 

"Prezident Administrasiyasına daxil olan şikayətlər hansı sahələrdə və ya hansı bölgələrdə işin düzgün qurulmadığını da əks etdirdiyinə görə onların sayı, mövzuları, haradan daxil olması və onları doğuran səbəblər mütəmadi olaraq təhlil edilir. Mövzular üzrə təhlil göstərir ki, hüquq mühafizə və məhkəmə orqanlarının, həmçinin vəzifəli şəxslərin fəaliyyəti, bank əməliyyatları, kreditlərin verilməsi, əmək mübahisələri, işdən çıxarılma, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, fərdi torpaq və əkin sahələrinin zəbt olunması, əlillik dərəcələrinin düzgün təyin edilməməsi, tibbi-sosial ekspert komissiyalarının, özəl müəssisələrin fəaliyyəti, mərkəzi və yerli qurumlarda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, bəzi şəhər, rayon icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlər daha çoxdur".



07 Aprel 2020 Nazirlikdən 190 manatla bağlı daha bir AÇIQLAMA
06 Aprel 2020 Missiya.Az YAP Nizami RT ilə sosial aksiya keçirdi - FOTOLAR
06 Aprel 2020 Maskasız çölə çıxanlar CƏRİMƏLƏNMƏYƏCƏK - RƏSMİ
06 Aprel 2020 TƏBİB Azərbaycanda koronavirusla bağlı son vəziyyəti açıqlayıb
03 Aprel 2020 Bakı, Sumqayıt və Abşeronda koronavirusa yoluxanların sayı açıqlandı
03 Aprel 2020 Azərbaycanda yalnız bu şəxslər küçəyə sərbəst çıxa biləcək - SİYAHI
03 Aprel 2020 Apteklərdə saxta məhsul: Bakıda metanol qurbanlarının sayı artdı
03 Aprel 2020 Türk həkim: "Koronavirus peyvəndini sınaqdan uğurla keçirdik"
02 Aprel 2020 Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ
02 Aprel 2020 İlham Əliyevdən Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
01 Aprel 2020 Azərbaycanda bu xidmət pulsuz oldu
01 Aprel 2020 Azərbaycanda koronovirusa yoluxanların sayı sürətlə artdı - SON DƏQİQƏ
01 Aprel 2020 Azərbaycanda elektrik enerjisindən güzəştli istifadə limiti artırılır
31 Mart 2020 Həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM
31 Mart 2020 Türkiyədən koronavirusla bağlı ACI XƏBƏR - Ölənlərin sayı kəskin artdı
31 Mart 2020 Azərbaycanlı jurnalist və 15 yaşlı qızı koronavirusa yoluxdu
31 Mart 2020 Prezident ödəmələrin bu həftədən verilməsini tapşırdı
31 Mart 2020 TƏCİLİ! Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı artdı
31 Mart 2020 İsrail mediası həmyerlimizi günün qəhrəmanı adlandırdı
30 Mart 2020 Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ