b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_76189340_799278907163084_6404866359502569472_n.jpg

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun Facebook səhifəsində keçmiş hərbçi Güləli Fərziyevlə əlaqədar qaldırdığı məsələyə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev tərəfindən münasibət bildirilib.

Olduğu kimi təqdim edirik:

13.11.2019-cu il tarixində Rayon İcra Hakimiyyəti başçısının 220 nömrəli tam orta məktəbdə səyyari görüşü keçirilib. Həmin görüşdə G.Fərziyev də iştirak edib, öz xahişlərini çatdırıb və bunun əsasında ona hüquqi izahatlar verilib. Bundan sonra G.Fərziyev qanunsuz tələblər irəli sürərək qəbul keçirilən zalı tərk edib. G.Fərziyev məktəbdən çıxan yolda kiminləsə mübahisə edib. Bu mübahisə baş verən zaman bizim cəmiyyətin üzvləri və İcra Hakimiyyətinin əməkdaşları tam heyətlə vətəndaşların qəbulunda iştirak edib və mübahisə barədə heç bir məlumatları olmayıb.

Buna baxmayaraq yaranmış konfliktin araşdırılması üçün rayon rəhbərliyi aidiyyəti üzrə tapşırıqlar verib və məsələ nəzarətə götürülüb.

Nizami rayonu ərazisində yaşayan Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqətdən G.Fərziyev də yararlanır. Onun sosial və məişət problemlərinin həllinə Rayon İcra Hakimiyyəti tərəfindən maksimum diqqət yetirilir və köməklik göstərilir.

G.Fərziyev rayonun Q.Qarayev prospekti 55 ünvanındakı binanın yaxınlığında təxminən 100 m2 torpaq sahəsində inşa edilmiş və hal-hazırda fəaliyyət göstərən ticarət obyektinin sahibidir.

G.Fərziyevin həyat yoldaşı 1993-cü ildən ümumi əsaslarla mənzil növbəsinə dayanıb.

10.05.2016-cı il tarixində G.Fərziyevə III qrup Qarabağ müharibəsi əlilliyi təyin edilib. O, imtiyaz hüququ qazandığı tarixdən (10.05.2016-cı il) Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin imtiyazlı mənzil növbəsi siyahılarına daxil edilib.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı xüsusi proqram əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyindən G.Fərziyevin müraciətlərini nəzərə alaraq, Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyi həmin Nazirliyə 02.08.2016-cı il tarixli F-11/4-068/3-t/1 №-li məktubla müraciət edərək onun  ailəsinin mənzillə təminatına köməklik göstərilməsini xahiş edib.

Lakin müraciətə müsbət cavab verilməmiş və bu da onunla əsaslandırılmışdır ki, G.Fərziyevin növbədənkənar mənzillə təmin olunması digər müharibə əlilləri və şəhid ailələrinin hüquqlarının pozulmasına səbəb ola bilər.

Bununla əlaqədar G.Fərziyev iddia ilə məhkəməyə müraciət etmiş və iddiaları qanunazidd olduğu üçün təmin olunmamışdır.

Güləli Fərziyev 19.08.1994-cü ildə Bakı Ali Dənizçilik məktəbinə xidmətə qəbul edilmiş və 28.12.1996-cı il tarixində “hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə görə” Azərbaycan Respublikasının Müdafiə nazirinin 01305 saylı əmri ilə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur (əsas: ZE № 0031165 Hərbi Bileti). Göstərilən fakt Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin 21.05.2019-cu il tarixli 695 №-li məktubu ilə təsdiq edilir.

Missiya.Az



10 İyul 2020 Azərbaycan daha bir neçə ölkə ilə hava əlaqəsini açır - RƏSMİ
10 İyul 2020 Real sektora qoyulan sərmayənin pandemiya dövründəki əhəmiyyəti
10 İyul 2020 İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA
10 İyul 2020 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
09 İyul 2020 "Cavid Paşayevin sağalması istiqamətində bütün addımlar atılır" - Qənirə Paşayeva
09 İyul 2020 "Mehriban Əliyevanın çətin dövrdə həssas təbəqəyə göstərdiyi diqqət ona olan inamı daha da artırır" - Ramin Əhmədov
09 İyul 2020 Müdafiə nazirinin müavini vəzifəsindən azad edildi
09 İyul 2020 Prezidentin göstərişi ilə Bakıya gələn mütəxəssislər Azərbaycandakı son vəziyyəti açıqladılar - VİDEO
08 İyul 2020 Bakıda ekspress avtobusların hərəkət qrafiki dəyişdiriləcək
08 İyul 2020 Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
08 İyul 2020 Azərbaycana çəyirtkə sürüsü hücum etdi - VİDEO
07 İyul 2020 Səhiyyə Nazirliyi evlərə bu dərmanları çatdırır - AÇIQLAMA
07 İyul 2020 Ağdərənin işğalından 27 il ötür
07 İyul 2020 Sərt karantin rejiminin tətbiqinin əsl səbəbi bu imiş - Baş infeksionist danışdı
07 İyul 2020 Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - Həkimdən açıqlama
06 İyul 2020 Prezident: “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq”
06 İyul 2020 Prezident “Fairmont”dakı hadisədən danışdı
06 İyul 2020 BDU-da virtual elmi seminar keçirilib - FOTO
06 İyul 2020 Prezident bu nazirliyə yeni səlahiyyət verdi