b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_bayraq14ju54_691_167_76.jpg

Bu gün Azərbaycanda Dövlət Bayrağı günü qeyd olunur.

Missiya.Az xəbər verir ki, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib.

1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul olunub.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli və ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Prezident, həmçinin, Dövlət Bayrağı günü münasibətilə Əmək Məcəlləsinə dəyişiklik edilməsi üçün parlamentə təklif göndərib. Təklifi dəyərləndirən Milli Məclis Əmək Məcəlləsinə müvafiq dəyişiklik edib, dəyişikliyə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl ərazisində Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir.

Azərbaycan Respublikasının dövlət bayrağından istifadə Azərbaycan Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilib.

Əsasnaməyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri var.

Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Gəncədə polislə silahlı qarşıdurmanın görüntüləri yayıldı - VİDEO
17 Yanvar 2020 Bu tarixdə Azərbaycanda qeyri-iş günüdür
17 Yanvar 2020 İranın hücumu nəticəsində 11 ABŞ hərbçisi xəsarət alıb
16 Yanvar 2020 “İşimi vicdanla görmüşəm” - İstefaya göndərilən Sergey Lavrov
16 Yanvar 2020 Dilqəm Əsgərovun silahı oğlundan alınıb - DİN-dən açıqlama
15 Yanvar 2020 Sürücüləri cərimələyəcək yeni "Cərimə maşın"ları yollara çıxır - FOTO
15 Yanvar 2020 Xalq artistindən şok etiraf: Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq
15 Yanvar 2020 Prezident göstəriş verdi: “Xoşbəxt Yusifzadənin adı verilsin”
14 Yanvar 2020 Ciyərinə su yığılan Xalq artistinin yeni görüntüsü məyus etdi - FOTO
13 Yanvar 2020 İlkin Nərmini niyə qaçırdığını açıqlayıb
13 Yanvar 2020 İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Yanvar 2020 Azərbaycanda mənzil sahiblərinə ŞAD XƏBƏR
10 Yanvar 2020 Nərminin qatili tək o deyil – Əmisi yeni faktlar açıqladı
10 Yanvar 2020 Nərmini öldürən şəxslə bağlı - RƏSMİ AÇIQLAMA
10 Yanvar 2020 Ramin Əhmədov deputatlığa namizəd oldu - 16 saylı Seçki Dairəsindən
09 Yanvar 2020 Hava Xəbərdarlığı: Yollar buz bağlayacaq
09 Yanvar 2020 İcra başçısı sürüşmə baş verən ərazidə - FOTOLAR
08 Yanvar 2020 İranda Ukraynaya məxsus sərnişin təyyarəsi qəzaya uğradı - 176 nəfər həlak olub