b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgrfgfhgty.jpg

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

Missiya.Az xəbər verir ki, Aşura günü ilə əlaqədar ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.

Aşura günü 28 şəhər rayon üzrə 32 yerdə qanvermə aksiyası olacaq. Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-də başlayıb. Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində əhali toy mərasimləri keçirmir. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.

Qeyd edək ki, tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilən Məhərrəmin onuncu günü olan Aşura əfsus ki, hicri 61-ci ildən şəhadət və hüzn günü kimi yad edilir. Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.

13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
13 Noyabr 2019 Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13 Noyabr 2019 Mirqafar Seyidova ağır itki
13 Noyabr 2019 Bakıda yarıçılpaq kişi insanlara hücum etdi - VİDEO
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür
08 Noyabr 2019 Oqtay Gülalıyevi süni nəfəs aparatından ayırıblar
08 Noyabr 2019 Bakıda 8-ci sinif şagirdinin başı kəsilib? - POLİSDƏN AÇIQLAMA
08 Noyabr 2019 “Yeni Müsavat” 30 yaşında - YUBİLEY REPORTAJI
08 Noyabr 2019 Əhaliyə ŞAD XƏBƏR: İkimərtəbəli metro stansiyası tikiləcək
08 Noyabr 2019 Azərbaycanda 6 bal gücündə zəlzələ - Bu rayonlar silkələndi
07 Noyabr 2019 Evsizlərə ŞAD XƏBƏR - Bu şəxslər güzəştlə mənzil ala biləcək - SİYAHI
06 Noyabr 2019 Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
06 Noyabr 2019 Azər Qasımlı istefa verdi
06 Noyabr 2019 Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb - RƏSMİ