ddddddfdddfsdfd.jpg

“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərini korlamaq məqsədi daşıyır. Təxribatçı addımlar rəsmi Bakının və Tiflisin diplomatik mövqeyinə ziddir. Əminik ki, bu təxribatı törədənlər, onun təşkilatçıları tapılaraq layiqli cəzalarını alacaq. İki ölkənin tarixi dostluğuna xələl gətirəcək bütün cəhdlərin qarşısı alınmalıdır”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov iyulun 14-də Azərbaycan-Gürcüstan sərhəddində baş vermiş insidentə münasibət bildirərkən deyib.

Ramin Əhmədov daxildəki satqınların təxribatçı qüvvələrə dəstək ifadə etməsindən təəssüfləndiyini deyib: “Bu, milli birlik məsələsidir. Belə məsələlərdə bir olmaq, dövlətimizin verdiyi qərarlara hörmətlə yanaşmaq, heç bir təxribata uymamaq lazımdır. Amma Azərbaycandakı milli hissi olmayan bir qrup satqın təxribatlara dəstək verir, dövlətimizi aşağılamağa çalışır. Onlar bu dəfə gürcü təxribatçılarının mövqeyindən çıxış etdilər. Təəssüf doğuran hal həm də odur ki, əsgərimizi, sərhədçimizi gözdən salmağa cəhd göstərilir. Milli qüruru, şəxsiyyəti, vətənpərvərlik hissi olan adam öz əsgərinə dil uzatmaz. Amma mənəviyyatsızlar sərhəddəki insidenti də fürsət bilib, Azərbaycan əsgərinə çirkab yaxırlar. Belə müxalifətçilik olar?”

Ramin Əhmədovun sözlərinə görə, daxildə daim siyasi gündəmi gərgin saxlamağa cəhd edən, hər fürsətdə Azərbaycanı qaralayan, hər xırda məsələyə görə əhalini küçələrə səsləyən şəxlərin fəaliyyəti dərindən araşdırılmalıdır:
“Ard-arda səsləndirilən təxribatçı çağırışlar həmin şəxslərin xarici xüsusi xidmət orqanlarının maşası olduğunu açıq-aşkar ortaya qoyur. Xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq isə Azərbaycan qanunvericiliyinə görə cinayətdir, vətənə xəyanətdir! Vətənə xəyanətin isə cəzası ağır olur”.

Azərbaycan xalqının belə həssas məqamlarda dövlətinin, Prezidentinin yanında olduğunu deyən Ramin Əhmədov bildirib ki, bu birliyi heç bir güc sarsıda bilməyəcək: “Xalq öz siyasi liderinə inanır və onun verdiyi qərarları dəstəkləyir. Xalqımız xarici təsirlər altında olan bəzi siyasi qruplara belə həssas məqamlardan yararlanmağa imkan vermir. Vətəndaşlarıımız regionda hansı oyunların aparıldığını yaxşı başa düşürlər. Böyük ölkələrin gözü bu regiondadır. Öz maraqlarını təmin etmək məqsədilə yeni münaqişə ocaqları yaratmağa, xalqları bir-birinə qarşı qoymağa çalışırlar. Amma onların bütün cəhdləri boşa çıxacaq”.

Missiya.Az
 
23 Yanvar 2020 Ramin Əhmədov: “ İndi qol çirmələyib iş görmək vaxtıdır” - Yasamalda izdiham
22 Yanvar 2020 Səyyad Əlizadə tükürpədən hadisədən DANIŞDI: “O klipdən sonra övladım öldü” - VİDEO
22 Yanvar 2020 Güclü qar yağacaq, temperatur 4-6 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
22 Yanvar 2020 Kirayə mənzillərə sahib olmaq istəyənlərə PİS XƏBƏR
22 Yanvar 2020 Ramin Əhmədovun seçki kampaniyasının daha bir özəlliyi - Könüllülər ordusu - FOTO
21 Yanvar 2020 Baş Prokurorluq Nərminin qətli ilə bağlı daha bir sayta XƏBƏRDARLIQ ETDİ
20 Yanvar 2020 "Qoca"nın qardaşı həbs edilib - SON DƏQİQƏ
20 Yanvar 2020 Dünya çempionundan Ramin Əhmədova dəstək - FOTO
20 Yanvar 2020 20 Yanvar faciəsindən 30 il ötür
18 Yanvar 2020 Ramin Əhmədov internet səsverməsində liderdir - FOTO
18 Yanvar 2020 Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır
18 Yanvar 2020 Nərminin anası nə üçün ev istədiyini açıqladı
17 Yanvar 2020 MSK Zahir Əzəmətlə bağlı qərar verdi
17 Yanvar 2020 Metro istifadəçilərinə ŞAD XƏBƏR
17 Yanvar 2020 Mənim deputatlıq əqidəm – Ceyhun Musaoğlunun seçki platforması - VİDEO
17 Yanvar 2020 Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox... - VİDEO
16 Yanvar 2020 Nərminin atası Bakıda ev istəmələrindən DANIŞDI - Jurnalistlərin uydurmasıdır
16 Yanvar 2020 Sənədsiz evlərin sahiblərinə ŞAD XƏBƏR
15 Yanvar 2020 İran “Boeing”in vurulma anının görüntülərini yayan şəxsi həbs etdi - VİDEO
14 Yanvar 2020 Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi