AZ   |   RU
Bakı metropolitenində qəza təlim məşq oyunu keçirilir


Hazırda Bakı metropoliteninin Bənövşəyi xəttində qəza təlim məşq oyunu keçirilir.

Missiya.Az
xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən məlumat yayılıb. Tematik məşq elektrik enerjisinin verilməsinin tam məhdudlaşdırılması şəraitində Bənövşəyi xəttin stansiyaları və "Xocəsən" elektrik deposunda qatarlarin hərəkəti, eskalatorların, eləcə də digər mühəndis-texniki qurğu və avadanlıqların dizel generatorlar vasitəsilə fəaliyyətinin yoxlanılmasıdır.

  • 9-03-2023, 23:11