AZ   |   RU
Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclər hansı rolu oynayır?


Şuşada etiraz aksiyası keçirən gənc ekofəalların əzmkarlığı “Güney Azərbaycan Milli Oyanış Hərəkatında gənclərin rolu və ziyalıların mövqeyi” mövzusunda keçirilən tədbirdə yüksək qiymətləndirilib, həmçinin Güney Azərbaycanda formalaşan tələbə-gənclər hərəkatı da dəyərləndirilib.

Missiya.Az
xəbər verir ki, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin təşkil etdiyi tədbirdə Azərbaycan gəncləri dövlət strukturlarında, özəl sektorlarda uğurla təmsil olunduğu və gənclərin regionda baş verən siyasi proseslərə biganə qalmadıqları bildirilib.

Prezident İlham Əliyevin yüksək tribunalardan Azərbaycanın güneyində yaşayan soydaşlarımızın problemlərini qaldırması və bunun həlli yollarını göstərməsi hər bir azərbaycanlıda, xüsusilə gənclərdə qürur hissi yaradır. Tədbirdə Güney Azərbaycanda formalaşan tələbə-gənclər hərəkatı və Xankəndi-Laçın yolunun Şuşadan keçən hissəsində etiraz aksiyası keçirən gənc ekofəalların əzmkarlığı xüsusilə qeyd olunub.

Tədbirdə ictimai fəallığına görə bir qrup gənc təltif edilib.


  • 3-02-2023, 18:24