AZ   |   RU
Tanınmış şair-bəstəkar Türkiyədə təltif olundu


Tanınmış şair-bəstəkar və həkim Şahin Musaoğlu türk dünyası mədəniyyətinə göstərdiyi böyük xidmətlərə və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən Fəxri professor ünvanına layiq görülüb. 

Missiya.Az
xəbər verir ki, bu haqda danışan Akademiyanın vitse-prezidenti və Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə bildirib ki, Şahin Musaoğlunun vətənpərvərlik motivli geniş spektrli yaradıcılığı qardaş Türkiyədə də böyük maraqla izlənilir və sevilir.

Xatırladaq ki, Şahin Musaoğlu  Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvüdür.

Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda təhsili alıb.

Xalqımız tərəfindən sevilən “İgid Əsgər, Möhkəm Dayan! ”, “Qərib Karvan”, “Birinci Batalyon” , “Cənab Leytenant” “Bismillah”, “Yalquzaq”, “Salam Dar ağacı” və  digər populyar mahnıların müəllifidir.

Hazırda “Badam” klinikasında şöbə müdiri vəzifəsində çalışır.

  • 1-02-2023, 22:07