AZ   |   RU
Göygölün Mollacəlilli kəndinin içməli su problemi həll olunub


Göygöl rayonunun Mollacəlilli kənd sakinlərinin içməli suya olan tələbatını təmin etmək məqsədilə yeni inşa edilən kəhriz istifadəyə verilib.

Missiya.Az-
ın yerli bürosunun məlumatına görə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə layihəsi nəticəsində inşa edilmiş kəhrizin və qurulmuş su təchizatı sisteminin açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Resursların idarəedilməsi şöbəsinin müdiri Gülnarə Hümbətova, baş mühəndisi Arzu Musayev, xarici əlaqələri üzrə məsul şəxs Elnarə Qafarova və Mollacəlilli kənd sakinləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Elvin Paşayev kəhrizin tikintisində əməyi olan hər kəsə minnətdarlığını bildirib və istifadəyə verilən kəhrizin Mollacəlilli kənd sakinlərinin suya olan tələbatına dəstək olacağını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.

Məqsəd Rəhimov Missiya.Az Qərb Bürosu



  • 10-01-2023, 14:42