AZ   |   RU
DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Missiya.Az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərlərinə gül dəstələri düzülüb.


  • 27-09-2022, 11:14