AZ   |   RU
Avropa Liqası: "Fənərbağça" mübarizəni dayandırıb

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, 8 qarşılaşmadan 4-ü artıq başa çatıb.


Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” İspaniyada iki cavabsız qolla məğlub olduğu “Sevilya”nı qəbul edib. Görüş İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatsa da, növbəti mərhələyə qonaqlar adlayıblar.


"Sevilya" ilə yanaşı, İngiltərənin "Mançester Yunayted", Niderlandın "Feyenoord" və İtaliyanın "Yuventus" klubları da 1/4 finala vəsiqə qazanıblar.


UEFA Avropa Liqası

1/8 final, cavab oyunları

16 mart


21:45. “Betis” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Markus Reşford, 56

İlk oyun - 1:4


21:45. “Fənərbağça” (Türkiyə) - “Sevilya” (İspaniya) - 1:0

Qol: Enner Valensiya, 41 (penalti)

İlk oyun - 0:2


21:45. “Feyenord” (Niderland) - “Şaxtyor” Donetsk (Ukrayna) - 7:1

Qollar: Santyaqo Ximenes, 9. Orkun Kökçü, 24; 38 (penalti). Ussama İdrissi, 49; 60. Alireza Cahanbaxş, 64. Danilu Pereyra, 67 - Kevin Kelsi

İlk oyun - 1:1


21:45. “Frayburq” (Almaniya) - “Yuventus” (İtaliya) - 0:2

Qollar: Duşan Vlahoviç, 45 (penalti). Federiko Kyeza, 90+5

Qırmızı vərəqə: Manuel Qulde, 44 ("Frayburq")

İlk oyun - 0:1


Qeyd edək ki, bu raundun digər 4 cavab oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.



  • 16-03-2023, 23:55