AZ   |   RU
Konfrans Liqası: 1/4 finalın daha 2 iştirakçısı bəlli olub

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 2 iştirakçısı bəlli olub.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, Türkiyə təmsilçisi "Sivasspor" evdə İtaliyanın "Fiorentina" klubuna 1:4 hesabı ilə uduzaraq avrokuboklarla vidalaşıb. Qonaqlar isə adını növbəti mərhələyə yazdırıb.


"Fiorentina"dan başqa, Polşanın "Lex" komandası da 1/4 finala yüksəlib.


Slovakiyada "Slovan" və İsveçrə "Bazel"i arasında keçirilən matçda isə ümumi hesab bərabər olduğundan əlavə vaxt oynanılır.


UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart


21:45. "Sivasspor" (Türkiyə) - "Fiorentina" (İtaliya) - 1:4

Qollar: Erdoğan Yeşilyurt, 35 - Artur Kabral, 44. Nikola Milenkoviç, 62. Dimitrios Qutas, 78 (avtoqol). Qaetano Castrovilli, 89

Qırmızı vərəqə: Hakan Arslan, 81 ("Sivasspor")

İlk oyun - 0:1


21:45. "Yurqorden" (İsveç) - "Lex" (Polşa) - 0:3

Qollar: Filip Marxvinski, 77. Nika Kvekveskiri, 90+1. Mixal Skuras,90+2

Qırmızı vərəqə: Markus Danielsson, 44 ("Yurqorden")

İlk oyun - 0:2


21:45. "Slovan" (Slovakiya) - "Bazel" (İsveçrə) - 2:2 (ƏLAVƏ VAXT)

Qollar: Malik Abubakari, 11. Yuray Kuçka, 17 - Rikkardo Kalafyori, 53. Zeki Amduni, 90+3

İlk oyun - 2:2


Qeyd edək ki, daha əvvəl Belçika "Gent"i adını 1/4 finala yazdırıb.



  • 16-03-2023, 23:52