AZ   |   RU
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 430 nəfər vaksinasiya olunub.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 190, ikinci doza vaksinlərin sayı 62 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 165-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 950 865 olub.


  • 8-03-2023, 22:47